Kitabda KOS-lar üçün aparılan mühasibat uçotu ilə bağlı anlayışların mahiyyəti və tətbiq qaydaları, o cümlədən əsas maliyyə hesabatı formaları və onların hazırlanması qaydaları ilə bağlı vacib məsələlər üzrə tapşırıqlar təqdim edilmişdir.
Vəsait məhz DİM tərəfindən keçirilən Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (KOS üçün MHBS) üzrə PMS imtahanına hazırlaşmaq istəyən şəxslərə dəstək üçün nəzərdə tutulmuşdur. Kitab PMS imtahanında iştirak edən tələbələrimizin bölüşdüyü biliklər və DİM-in paylaşdığı rəsmi materillar əsasında tərtib edilmişdir.
Kitabda KOS-lar üçün aparılan mühasibat uçotu ilə bağlı mövzular üzrə 1-2 ballıq testlər, həmçinin 5 və 10 ballıq məsələ nümunələri və onların cavabları verilmişdir. Cavabların verilməsində məqsəd test və tapşırıqlarla müstəqil şəkildə işləmək imkanının yaradılmasıdır.
Kitab 8 fəsildən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri (standartın 1№-li bölməsi);
- Anlayışlar və Əsas Prinsiplər (standartın 2№-li bölməsi);
- Maliyyə hesabatlarının təqdim olunması (standartın 3№-li bölməsi);
- Maliyyə vəziyyəti haqqında hesabat (standartın 4 №-li bölməsi);
- Məcmu gəlir haqqında və mənfəət və ya zərər haqqında hesabat (standartın 5 №-li bölməsi);
- Kapitalda dəyişikliklər haqqında hesabat və dövr üzrə mənfəət və zərər və bölüşdürülməmiş mənfəət haqqında hesabat (standartın 6 №-li bölməsi);
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (standartın 7 №-li bölməsi);
- Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatları (standartın 9 №-li bölməsi);
- Ehtiyatlar (standartın 13 №-li bölməsi);
- Torpaq, tikili və avadanlıq (standartın 17 №-li bölməsi);
- Qudvildən başqa qeyri-maddi aktivlər (standartın 18 №-li bölməsi);
- Aktivlərin qiymətdən düşməsi (standartın 27 №-li bölməsi);
- Qanun və qaydalar;
- Sınaq imtahanları və mövzular üzrə cavablar.
Həmçinin KOS MHBS PMS test və məsələlər pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.