İATM VERGİLER.AZ sosial-iqtisadi onlayn qəzeti ilə partnyorluq edir.

VERGİLER.AZ Sosial-iqtisadi onlayn qəzeti
Qəzet vergi və mühasibatlığa aid müəyyən mövzularda məqalələrinin yazılmasında və müsahiblərin götürülməsində İATM ekspertlərini mütamadi olaraq cəlb edir və vergilərə aid müəyyən videoroliklərin çəkilməsində İATM-la əməkdaşlıq edir.
"Vergilər" qəzeti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 10 mart 2000-ci il tarixdə hüquqi şəxs kimi rəsmi dövlət qeydiyyatına alınmış və 12 fevral 2001-ci ildə ilk nüsxəsi işıq üzü görmüşdür. "Vergilər" qəzeti 2005-ci ildə "İlin sahə qəzeti" adına, 2006-cı ildə hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə "Fəxri diplom"a, 2011-ci ildə iqtisadi sahədə hüquqi maarifləndirmə və vergi mədəniyyətinin formalaşdırılması sahəsində gördüyü işlərə görə "Diplom"a layiq görülüb.