Keyfiyyət Assosiasiyası İctimai Birliyi (KAİB)
İATM Keyfiyyət Assosiasiyası İctimai Birliyi ilə partnyorluq edir.

Dərs vəsaitlərinin və tədris sisteminin keyfiyyətinin yaxşılaşdırılması üçün KAİB ilə sıx əməkdaşlıq edirik. Həmçinin qeyri-formal təhsil üzrə İSO standartlarının İATM-da tətbiqi ilə bağlı beynəlxalq təcrübənin əldə edilməsində KAİB-dən dəstək alırıq.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin keyfiyyətli keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır. Assosiasiya müştərilərə beynəlxalq idarəetmə standartları üzrə məsləhət, audit və təlim xidmətlərinin həyata keçirilməsini əhatə edir. Əsas məqsəd Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, ölkəmizdə istehsal olunan məhsulların və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün maarifçilik fəaliyyətini həyata keçirməkdir.