Bu kitab Maliyyə Uçotu təlimimizin dərs vəsaiti olmaqla:
- Maliyyə hesabatlarının hazırlanması və Təhlili;
- Maliyyə bərabərliyi;
- Müxabirələşmələr kimi mühasibat uçotu ilə bağlı ən vacib mövzuları əhatə edir.
Kitab 2009-cu ildən etibarən İATM Konsaltinq mərkəzində müxtəlif müəssisələrə mühasibatlıq xidmətlərinin göstərilməsi zamanı sınaqdan keçirilmişdir.
Kitab kimlər üçündür?
Bəs BMUƏ kitabı nələri əhatə edir?
Nəşr 20 fəsil və 7 əlavədən ibarət olmaqla əsasən aşağıdakı bölmələri əhatə edir:
- Mühasibat uçotuna giriş və nəzəri-konseptual əsaslar
- Maliyyə hesabatı formaları, tərkib elementləri və hazırlanma prosesi (Sınaq balansına qədər)
- Əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı
- Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması
- Sınaq balansından maliyyə hesabatlarına keçid
- Ticarət əməliyyatlarının və malların uçotu (fasiləsiz və dövri uçot)
- Ehtiyatların (malların) maya dəyərinin hesablanması metodları (Specific identification, FIFO, LIFO, AVCO)
- Debitor borclarının və ümidsiz borcların uçotu
- Qiymətləndirilmiş öhdəliklərin uçotu və hesabatda əksi
- Kreditor borclarının və digər öhdəliklərin uçotu
- Torpaq, tikili və avadanlıqların (TTA-nın) uçotu və hesabatda əksi
- Qeyri-maddi aktivlərin və qudvilin uçotu
- İstehsal məsrəflərinin uçotu və hesabatda əks etdirilməsi
- Valyuta məzənnələrinin uçotu və hesabatda əksi
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- Konsolidə edilmiş maliyyə hesabatları
- Mənfəət vergisi və təxirə salınmış verginin uçotu
- Maliyyə hesabatının təhlili
- Hesablar planı və hesabat formalarına aid nümunələr
- Beynəlxalq mühasibat uçotu və hesabatına dair terminoloji lüğət
- Bu dərs vəsaitindən hal-hazırda Respublikamızın bir sıra universitetlərində, o cümlədən Xəzər Universitetində dərs vəsaiti kimi istifadə olunur.
Qeyd edək ki, bu kitabdan sonra Vergi Uçotu və İdarəetmə Uçotu nəşrlərimizi oxumağınız bir mühasib kimi yetişməyinizdə Sizin üçün faydalı olacaq. Həmçinin Beynəlxalq Mühasibat Uçotunun Əsasları (Maliyyə Uçotu) pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.
Mühasibatlığa yeni başlayanlar üçün ən ideal kitablardan biridir. Çünki dili sadə olduğu üçün hər kəs rahatlıqla anlaya bilər. Kitabdakı qaydalar, nümunələr və izahlar real təcrübələrdə baş verən hadisələrə uyğun tərtib olunmuşdur. Hansı ki, biz bu nümunələri öyrəndikdən sonra artıq real təcrübədə bu kimi hadisələr qarşısında rahatlıqla uçot apara bilirik.