Sertifikat təqdimetmə və Karyera Planlaması seminarımız keçirildi!

May 24, 2023
162 izlənmə
3 dəqiqə oxuma
Sertifikat Təqdimetmə Mərasimi
0-dan mühasibatlıq kursu üzrə Məzunlarımızın Sertifikat Təqdimetmə Mərasimi keçirildi. Belə ki,onlar İATM-in mütamadi olaraq başlayan MMYP (Mütəxəssis Mühasib Yetişdirmə Proqramı)- da iştirak etmiş, 4.5 ay ərzində mühasibatlığı 0-dan başlayaraq Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmi Mühasibatlığın təşkilini sadə formada öyrənmişlər. Onlar artıq bir Mühasibdir!     
Qeyd edək ki, mərasimdə həmçinin digər təlimləri (1C 8.3Praktiki Daxili Audit) bitirən məzunlarımız da iştirak edir. 

Təlim məzunlarımızı nələr ilə təmin etdi?

14 ildir daim mühasib yetişdirən bu proqrama qoşulan tələbələrimiz bu müddət ərzində peşəkar təlimçilərimiz tərəfindən sadə izahlı dərslərdə iştirak etmişdir. Qeyd edək ki, dərsdən əlavə isə təlim iştirakçıları Asistent ( köməkçi) müəllim dərslərində iştirak edərək əlavə suallarına cavab tapmış öyrəndiklərini daha da təkmilləşdiriblər. 

 

5 ədəd mühasibatlıq üzrə dərs vəsaitləri ilə təmin olunmuşlar. Hansı ki, bu kitablar daim təkmilləşdirilir. Bura hansı dərsliklər aiddir?

1. Maliyyə Uçotu əsas vəsait;

2. Maliyyə Uçotu test və məsələlər toplusu;

3. Vergi Uçotu əsas vəsait;

4. Vergi Uçotu test və məsələlər toplusu

5. Rəsmi Mühasibatlığın təşkili əsas kitab.


Karyera Planlaması Seminarı

 

Bu tədbirdə İATM prezident, mühasibatlıq sektorunda peşəkar təlimçimiz Radil Fətullayev məzunlarımıza Karyera Planlaması üzrə istiqamətləndirmiş, Mühasibat uçotu sahəsində düzgün karyera qurmaqla bağlı tövsiyyələr vermişdir.

Belə ki, Radil müəllim məzunlarımıza daim öyrəndiklərini başqaları ilə də paylaşıb digər insanlara da yol göstərməyi, iş və şəxsi həyatlarında səbrli şəkildə irəliləmələrini, hər zaman məsuliyyətli və diqqətli olmalarını tövsiyyə etmişdir.

Çətinliklərdən qaçmamağı, işlədikləri müəssisəni özlərininki hesab etmələrini və yalnız şəxsi deyil, müəssisənin inkişafını düşünmələrini bildirmişdir. Həmçinin mühasibatlıq sektorunun günümüzdəki aktual mövzularından olan halal-haram məsələsinə qarşı diqqətli olmağı və daim İATM ailəsi ilə əlaqədə olub, İATM-i yaxşı formada təmsil etmələrini tövsiyyə etmişdir.

Digər xəbərlər
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik