PMS (Peşəkar Mühasib Sertifikatı) imtahanı - Çox Soruşulan Suallar

Iyun 09, 2023
1699 izlənmə
5 dəqiqə oxuma

Peşəkar Mühasib Sertifikatı 

Bildiyiniz kimi, 2021-ci ildən etibarən ölkədə mühasiblərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə PMS (Peşəkar Mühasib Sertifikatı) imtahanı təşkil edilir. Belə ki, Peşəkar Mühasib Sertifikatını əldə etmək mühasibat uçotu sahəsində ixtisaslaşmaq və karyerasını gücləndirmək istəyənlər üçün olduqca önəmlidir.

Peşəkar Mühasib Sertifikatı imtahanında kimlər iştirak edə bilər?

• Bakalavriat dərəcəsini bitirmiş şəxslər (bakalavr diplomu olanlar);

• Əgər şəxs orta ixtisas təhsilinə sahibdirsə, bu təqdirdə mühasibatlıq sahəsi üzrə 5 illik iş təcrübəsi tələb edilir.

Qeyd: Yalnız tam orta təhsili olan şəxslər sertifikat əldə edə bilməz!


Bildiyimiz kimi, PMS imtahanı iki mərhələli şəkildə təşkil edilir. Bəs bu mərhələlərin bir-birindən fərqi nədir?

Belə ki, PMS imtahanının 1-ci mərhələsi standartlar üzrə 2-ci mərhələsi isə qanunvericilik üzrə olur.

İmtahanın birinci mərhələsini- mühasibat uçotu (əsasən, maliyyə hesabatlarının aparılması və konsolidasiya ilə bağlı) əhatə edir.

Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçiriləcək sahənin spesifikliyini nəzərə alaraq imtahana hazırlaşan şəxslərə elmi-metodik kömək məqsədilə hər bir mərhələ üzrə imtahanda istifadə olunacaq 1, 2, 5 və 10 balla qiymətləndirilən test tapşırıqlarına aid nümunələr də təqdim edilmişdir.

PMS

 

Mövzular

 

 

 

KOS-MHBS PMS

KOS MHBS, KOS MHBS mühasibat uçotunun aparılma qaydaları

MHBS PMS

MHBS, MHBS mühasibat uçotunun aparılma qaydaları

 

ISMUBS PMS I və II səviyyə

 

İSMUSBS, İSMUBS mühasibat uçotunun aparılma qaydaları

 

İkinci mərhələsi isə sertifikat növündən asılı olaraq büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.


Peşəkar Mühasib Sertifikatı imtahanından neçə bal yığsam, imtahandan keçmiş sayılıram?

İmtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər

İctimai sektor üçün isə MUBS üzrə sertifikatı əldə etmək üçün keçirilən imtahanın birinci mərhələsindən keçmək üçün I və II səviyyə üzrə müxtəlif keçid ballarını toplamalıdır:

I səviyyə- imtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal;

II səviyyə- imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamaq lazımdır.


PMS birinci mərhələ imtahanında iştirak etmədən ikinci mərhələdə iştirak edə bilərəmmi?

Belə ki, imtahanda iştirak etmək üçün mərhələ sırası tələbi qoyulmamışdır. Yəni siz hansı mərhələ imtahanda ilk iştirak etmək istəyirsinizsə, ona uyğun iştirak edə bilərsiniz.

PMS birinci mərhələ balı nə zamana qədər qüvvədə olacaqdır?

Əgər siz PMS imtahanının 1-ci mərhələsindən müvəffəqiyyətlə keçmisinizsə, əldə etdiyiniz nəticə PMS 2-ci mərhələ imtahanından uğurla keçənə qədər qüvvədə qalacaqdır.

Peşəkar Mühasib Sertifikatı imtahanının iki mərhələsində eyni zamanda hazırlaşa bilərəmmi?

Texniki olaraq bəli, hazırlaşa bilərsiniz. Lakin bu tövsiyyə olunmur, çünki  hər mərhələ üçün müəyyən edilən hazırlıq müddəti minimum 3 aydır və siz hər iki imtahana eyni zamanda hazırlaşsanız, bu sizin imtahandan uğurlu nəticə əldə etmənizə maneə olacaq.

Peşəkar Mühasib Sertifikatı neçə il müddətində qüvvədə qalır? 

Peşəkar Mühasib Sertifikatını almış şəxslərin sertifikatı 5 il müddətində qüvvədə qalır. Fəaliyyətini peşəkar mühasib kimi davam etdirmək istəyən şəxs PMS qüvvədə olma müddətinin son ilində növbəti peşəkar mühasib sertifikatını almaq üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirəcəyi imtahanlarda yenidən iştirak etməli və yenidən sertifikat almalıdır.

Əgər bir şəxs peşəkar mühasib sertifikatını iki dəfə alarsa, sonuncu sertifikat həmin şəxsə ömürlük verilir.


PMS imtahanını kim təşkil edir?

Belə ki, Peşəkar Mühasib Sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi  AR Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli qərarına əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən sertifikasiya prosesi nəticəsində əldə olunur.

Sektorlara görə hansı növ PMS sertifikatı əldə edə bilərəm?

Bu barədə daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Digər xəbərlər
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik