
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

25 avqust tarixində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov ilə görüş keçirilib. Görüş zamanı həm MDU-nun, həm də İATM-in fəaliyyət istiqaməti, tədris metodikası barədə detallı məlumatlar verilmişdir. Görüşün əsas məqsədi iki təşkilat arasında həyata keçiriləcək əməkdaşlıq olmuşdur.
Belə ki, yaxın gələcəkdə MDU tələbələri üçün Praktiki Mühasibatlıq kursunun keçirilməsi barədə ilkin razılığa gəlinmişdir. Həmçinin görüş əsnasında İATM-in mühasibatlıq sahəsində əldə etdiyi təcrübənin mübadiləsi, İATM metodikasının MDU-da da tətbiqi üçün elmi dəstəyin göstərilməsi müzakirə edilmişdir. Bu istiqamətdə Radil Fətullayev və digər peşəkar müəlliflərin hazırladıqları tədris vəsaitləri ilə dəstəyin göstərilməsi, müəllim mübadiləsi və təlimçilərin yetişdirilməsi üçün təlimlərin keçirilməsi istiqamətində məsələlər müzakirə olunmuş və hər iki tərəfin qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlı olduqları bildirilmişdir.
Bundan başqa, tərəflər maliyyə və mühasibatlıq sahələri üzrə reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüblər. Görüşün sonunda MDU-nun kitabxanasına 10 ədəd tədris vəsaiti hədiyyə edilmişdir.


Hazır Mühasib Akademiyası

PMS (Peşəkar Mühasib Sertifikatı) imtahanı məsələ izahları
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.