Bir mühasib olmaq üçün hansı biliklər olmalıdır?

Iyul 10, 2023
279 izlənmə
3 dəqiqə oxuma

Bir mühasib olmaq üçün ilkin olaraq hansı biliklərin olması vacibdir?


Müasir dövrümüzün ən populuyar sahələrindən biridə mühasibatlıqdır. Bu zaman belə bir sual ortaya çıxır: Bəs bir mühasib olmaq üçün ilkin olaraq hansı biliklərin olması vacibdir?


Belə ki, Mühasib Bələdçisi podkastının spikeri olan Radil Fətullayev bu mövzuda öz yaşadığı təcrübələr barədə danışdı:

Radil Fətullayev qeyd edir ki, ilk başlarda elə düşünürdü ki, bir şəxsin yalnız iqtisadi biliklərinin olması onun mühasibatlıq öyrənməsi üçün yetərli olacaqdır. Bu səbəbdən İATM tədris mərkəzində mühasibatlığı 0-dan öyrənmək istəyənlər üçün ilk öncə ilkin iqtisadi bilikləri tədris etməyə başlandı. Lakin, zaman keçdikcə müəyyən edildi ki, yalnız iqtisadi biliklərin olması kifayyət deyil. Belə ki, ilkin iqtisadi biliklərin olması önəm kəsb etsə də, ancaq həmin şəxsin məntiqi biliklərinin olması daha vacibdir. Bu demək deyil ki, iqtisadi biliklərə ehtiyac yoxdur xeyr, iqtisadi biliklər də vacibdir, iqtisadi qanunlar, qaydaları bilmək olducaq önəmlidir. Lakin, bugünkü mühasibatlığa baxsaq onun daha çox riyaziyyatla əlaqəli olduğun görə bilərik. Doğrudan da informasiyanın hazırlanması, onun qısa zamanda təqdim edilməsi və təhlil edilməsi riyazi məntiqi biliklər tələb edir. Həmçinin, Radil Fətullayevin təcrübələrinə əsasən riyaziyyat yönümlü tələbələr və ixtisası riyaziyyat olan şəxslər mühasibatlıqı daha yaxşı mənimsəyirlər.  Bunun əsas səbəblərindən biri məntiq beyni daim işlək vəziyyətdə saxladığı üçün beyin aktiv olaraq qalır.


Hər həftənin beşinci günü saat 20:30-da baş tutan Mühasib Bələdçisi podkastına qatılaraq, sizdə suallarınıza cavab tapacaqsınız!

Qeyd: Mühasib Bələdçisi podkastının əvvəlki bölümlərini bu link vaistəsi ilə yenidən izləyə bilərsiniz!

Digər xəbərlər
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik