Vergilər Nazirliyi Tədris Mərkəzi
İATM Vergilər Nazirliyi Tədris Mərkəzi ilə partnyorluq edir.

Tədris Mərkəzi İATM-lə mühasibat uçotu sahəsində təlimlərin təşkili, o cümlədən İctimai Sektorda Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) üzrə Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlq sahəsində müəllim mübadiləsi edir. Həmçinin Milli Mühasiblər Forumunun təşkilində birgə fəaliyyət göstərir.

Vergilər Nazirliyi Tədris Mərkəzi dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üçün və bu kadrların yeni texnoloji vasitələrlə işləmə vərdişlərinə yiyələnmə və daim yenilənən əmək şəraitinə uyğunlaşması üçün təhsil proseslərini həyata keçirir. Mərkəzdə vergi işi üzrə əlavə təhsil və vergi sisteminə dair elmi tədqiqat aparılmasının inkişafınım vergi orqanlarının əməkdaşları, o cümlədən dövlət oraqnlarında, təşkilatlarda işləyən şəxslər və müstəqil şəxslər üçün təşkil edilir. Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyət istiqamətlərinə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində normayaratmanın həyata keçirilməsində iştirak və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət daxildir.