ARPA
İATM Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə partnyorluq edir.

ARPA və İATM mühasibat uçotu və vergi sahəsində parktiki seminar və formların təşkilində əməkdaşlıq edirlər. Həmçinin İATM və ARPA birgə təlimlərin təşkilində qarşılıqlı müəllim mübadiləsi edirlər.

Assosiasiya ölkədə maliyyə və idarəetmə sahəsi üzrə inkişafa nail olmaq məqsədilə fəaliyyətə başlamışdır. AR Maliyyə Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq (CAPSAP)” layihəsi çərçivəsində mərkəzləşdirilmiş müstəqil peşəkar mühasib təşkilatı olaraq peşəkar mühasibləri öz ətrafında cəmləməyə başlamışdır. ARPA mühasibat uçotu sahəsində uğurlu fəaliyyəti nəticəsində AR Maliyyə Nazirliyinin qərarına əsasən “Peşəkar mühasib təşkilatı” kimi akkreditasiyadan keçmişdir.