Bu kitab İSMUƏ (İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Əsasları) təlimimizin dərs vəsaiti olmaqla:
- Vəsait mühasibat uçotu, maliyyə və idarəetmə sahəsini yaxşı mənimsəmək istəyən şəxslər;
- Mühasiblər, müəssisə rəhbərləri, insan resursları menecerlər;
- İxtisası öyrənən tələbələr üçün nəzərdə tutulmuşdur.
Kitab ictimai sektorda (büdcə təşkilatlarında) mühasibat uçotunun ilkin anlayışlarını asan üsulla öyrənmək və bunu təcrübədə tətbiq edə bilmək məqsədi ilə yazılmışdır.
Nəşrimiz 2 hissədən ibarətdir: I hissə nəzəri mövzular, II hissə isə praktiki məsələlər. Kitab 13 fəsil və 9 bölmədən ibarət olmaqla aşağıdakı hissələri özündə birləşdirir:
İctimai Sektorda (Büdcədən maliyyələşən təşkilatlarda) uçot və hesabatlığa giriş |
İctimai Sektorda Mühasibat Uçotunun Prinsipləri |
İctimai Sektorda Maliyyə Hesabatı Formaları və Onun Tərkib Elementləri |
Əməliyyatların Maliyyə Bərabərliyində Qeydiyyat |
Maliyyə hesabatı formalarının hazırlanma mərhələləri (Sınaq balansına qədər) |
Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması |
Sınaq balansından maliyyə hesabatlarına keçid |
Ehtiyatların, torpaq, tikili və avadanlıqların (əsas fondların) uçotu |
Qeyri-maddi aktivlərin və qudvilin uçotu |
İstehsal məsrəflərinin, valyuta məzənnələrinin, İctimai sektorda vergi və sığorta ödənişlərinin uçotu |
Valyuta məzənnələrinin uçotu |
İctimai sektorda vergi və sığorta ödənişlərinin uçotu |
Kitab İctimai sektor üçün PMS (İctimai Sektor üçün Peşəkar Mühasib Sertifikatı) sertifikatı almaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Həmçinin İctimai Sektor test və məsələlər pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz.