Əmək Qanunvericiliyi təlimi İS üçün MUBS, MHBS və KOS üçün MHBS üzrə Peşəkar Mühasib Sertifikatı imtahanın II mərhələsinə hazırlığı əhatə edir.
Bu təlimimizdə İctimai Əhəmiyyətli Qurumlar, KOS-lar və İS üçün Əmək Məcəlləsi və digər əlaqəli qanunvericilikdə nəzərdə tutulmuş mühasibatlıqla əlaqəli müəddəalar tədris olunur.
Təlim nəticəsində aşağıdakıları öyrənəcəksiniz:
- Əmək Məcəlləsinə giriş, əmək münasibətlərinin əsasları, əmək məcəlləsinin qüvvəsi və tətbiqinin əsasları;
- Əmək müqaviləsinə xitam verilərkən işçilərə verilən təminatlar;
- İş vaxtı və onun növləri, əmək haqqı hesablanarkən iş vaxtının tətbiqi;
- İstirahət vaxtı, məzuniyyətlər, əmək haqqı hesablanarkən nəzərə alınmalı əsas məqamlar;
- Əmək haqqı, onun tərkibi, müxtəlif şərtlərdə ödənilən əmək haqqı barədə əsas şərtlər;
- İşçi və işəgötürənlərin qarşılıqlı maddi məsuliyyəti, ziyanın hesablanması qaydası;
- Əmək münasibətləri ilə bağlı digər əlaqəli normativ hüquqi aktlar.
Əgər Əmək Qanunvericiliyini öyrənərək PMS II mərhələ imtahanında uğurlu nəticə əldə etmək istəyirsənsə, Sən də təlimimizə qoşul!