Büdcə Qanunvericiliyi təlimimiz İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İS üçün MUBS) üzrə I və II səviyyə PMS növü üzrə imtahanın II mərhələsinə hazırlığı əhatə edir.
Bu təlimimizdə İctimai sektorda (Büdcədən maliyyələşən təşkilatlarda) mühasibatlıq tərəfində aparılan gündəlik əməliyyatlarda tez-tez qarşılanan xərc maddəsi anlayışları, satın alınacaq malların, iş və xidmətlərin xərclərin iqtisadi təsnifatına uyğun olaraq doğru müəyyən edilərək (xərc maddələrinin təyin edilməsi) ödənişlərin həyata keçirilməsini, daha sonra isə düzgün hesablarda, yəni xərc maddələrinin iqtisadi təsnifatı ilə uzlaşan uçot hesablarında əks etdirməyi, xərclər smetasının mahiyyəti, formaları, o cümlədən büdcə proqnozlarının və onların hazırlanması qaydaları ilə bağlı vacib məsələlər nəzərdən keçirilir.
Təlim prosesi DİM-in proqramına tam uyğun olaraq PMS imtahanlarında düşən suallar əsasında yenidən təkmilləşdirilən proqram əsasında həyata keçirilir.
500+ test bazası mövcuddur. Hər dərs sonrası mövzu sınaq imtahanları (MSİ) və təlimin sonunda isə yekun sınaq imtahanları (YSİ) keçirilir.
Əgər Büdcə Qanunvericiliyi üzrə PMS II mərhələyə effektiv şəkildə hazırlaşmaq və imtahanda uğurlu nəticə əldə etmək istəyirsənsə, Sən də təlimimizə qoşul!