
Vergi Uçotu nədir?

İlk öncə nəzər yetirək görək Vergi nədir?
Vergiləri digər xərclərdən fərqləndirən xüsusiyyətlər hansılardır?
Vergiləri digər xərclərdən fərqləndirən səciyyəvi xüsusiyyətlər vardır ki, bunlara aşağıdakılar daxildir:
a) Vergi ödənişləri hər hansı mal və ya xidmət əvəzində edilmir;
b) Müəssisələrin bu cür ödənişi edib etməməyə dair seçimləri yoxdur. Yəni belə ödənişlər məcburidir.
Vergi ödənişi qarşılığında müəssisə yalnız ölkədə fəaliyyət göstərmə, yaxud mülkiyyətə sahib olma hüququ əldə edə bilər. Ödəyici bu cür ödənişləri etməməklə fəaliyyətindən və mülkiyyət hüququndan məhrum oluna bilər.
Bəs vergi uçotu nədir?
Vergi tutmaq məqsədləri üçün vergi məcələsinə əsaslanaraq və onun tələblərini gözləyərək aparılan uçotudur.
Digər bir tərfi isə Vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.
Vergi uçotunun aparılmasında əsas məqsəd nədir?
Vergi və sosial ödənişlərin uçotunun aparılıb bəyannamələrinin tərtib olunmasında əsas məqsəd dövlətin maraqlarının təmin olunmasıdır. Əlbəttə ki, bunu da dövlətin əsas qanunvericilik aktları olan Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Sosial Sığorta Haqqında Qanunu, Mülki Məcəllə və digər qanunvericilik aktları tənzimləyir.
Vergi uçotunun funksiyaları hansılardır?
Verginin tutulması aşağıdakı 3 formada aparılır.
Müəssisələr tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri formalaşdırılır.
Uçot-hesabat sənədləri | Uçot-hesabat sənədləri özündə vergi öhdəliyinin məbləğini əks etdirirlər. Belə ki, hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir. Uçot-hesabat sənədləri müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin qeydiyyata alındığı vergi orqanına təqdim edilir. |
Müşayiətedici sənədlər | Bu sənədlər vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandıran, şərh edən arayış materialı rolunu oynayan sənədlərdir. |
Vergi uçotu registrləri | Təsərüfat subyektlərində vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır. Belə ki, vergi uçotu registrlərində, vergi uçotunda əks olunması zəruri olan və ilkin mühasibat uçotu sənədlərində əks olunan informasiyalar toplanılaraq və sistemləşdirilir |
Qeyd: Mühasib Bələdçisi podkastının izləyərək vergi uçotu ilə bağlı mütəxəssislərin fikirlərindən faydalana bilərsən.
Vergi Uçotunun bu və digər mövzularını daha dərindən təlimə qatılaraq öyrənə bilərsiniz. Təlim barədə daha ətraflı məlumat üçün buraya daxil olun.

Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!

İqtisadiyyata Giriş (Mühasibatlığa İlk Addım)
Əgər ixtisasının iqtisadiyyat və mühasibatlıqla əlaqəsi yoxdursa (bu sahədə biliklərin 0-dırsa), Mühasib olmaq üçün bu təlimdən başla!

İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.