Ehtiyatların Maya Dəyərinin Hesablanması Metodları
Beynəlxalq təcrübədə satılan malların maya dəyərinin hesablanmasının 4 əsas metodu var. Bunlara aşağıdakılar daxildir:
Spesifik identifikasiya metodu nədir?
Sözügedən metodun mahiyyəti ondan ibarətdir ki, satış zamanı satılan malların hər birinə fərdi yanaşma edilir. Yəni hər bir malın alış qiymətinə ayrıca baxılaraq hesablama aparılır. Məsələn, hesab etsək ki, dövr ərzində eyni maldan cəmi 3 ədəd alınıb, lakin onların hərəsi bir qiymətlə (3; 3,5 və 4 dollara) alınıb və bunlardan cəmi ikisi satılıb, bu zaman maya dəyəri də məhz konkret satılan mallara görə ayrıca (məsələn, 1 x 3,0$+1x4,0$=7,0$) hesablanacaqdır.
Hesablama zamanı malların sayı nə qədər çox olsa da, hər bir partiya üzrə mal öz alış qiymətinə uyğun olaraq qiymətləndiriləcək.
Spesifik identifikasiya metodu nə zaman tətbiq edilir?
Bu metod, əsasən, sifarişlə istehsal olunan məhsulların maya dəyərini hesablayan zaman uğurla tətbiq olunur. Belə ki, zərgərlik məmulatlarının və ya sənət əsərlərinin ticarətində bu metodun tətbiqi daha sərfəlidir. Çünki bir məmulat digərindən müəyyən xüsusiyyətinə görə fərqlənir və buna görə onun ayrıca qiymətləndirilməsinə ehtiyac vardır.
Spesifik identifikasiya metodundan başqa digər 3 metodun hər birində ehtiyatların alış qiymətinə fərdi şəkildə deyil, tarixi yanaşma edilir. Qeyd edək ki, dövrün sonuna bu metodların tətbiqi nəticəsində hesablanan ümumi SMMD, demək olar ki, bir-birinə bərabər olacaqdır. Sadəcə olaraq, bu, cari dövrdə mənfəətin fərqli olmasına gətirib çıxarır.
FİFO Metodu Nədir?
Bu metod vaxta görə birinci əldə edilən malların qiymətinin nəzərə alınmasına əsaslanır. Adından da göründüyü kimi, satışın maya dəyəri birinci daxil olanların qiyməti ilə hesablanır. Yəni hər bir satışda satılan malların dəyəri anbara birinci daxil olan, yaxud dövrün əvvəlinə qalıq malların alış qiymətindən başlayaraq hesablanacaqdır.
Qeyd: Bu metod Avropa və Amerikada geniş tətbiq olunur.
LİFO metodu nədir?
Bu metod FİFO metodu ilə müqayisədə onun əksi olub, sonuncu əldə edilən malların birinci satılmasını nəzərdə tutur. Yəni hər bir satışın maya dəyəri anbara sonuncu daxil olan malın dəyəri ilə hesablanır.
Orta Maya Dəyəri (AVCO) metodu nədir?
Orta maya dəyəri metodu ilə SMMD-nin tapılması alışların orta çəki qiymətinin tapılması yolu ilə hesablanır. Orta qiymətin tapılması alışların cəmi məbləğini alınan malların sayına bölməklə tapılır. Orta qiymətin təyin edilməsi vaxtaşırı və ya hər bir alışdan dərhal sonra fasiləsiz olaraq həyata keçirilməlidir.
Orta maya dəyəri üsulu FİFO və LİFO qiymətləri arasında orta qiymət formalaşdırsa da, çox hesablamalar tələb edir. Bu metod daha çox Yaponiyada və Türkiyədə tətbiq olunur.
Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı
1C 8.3 proqramı nədir və niyə önəmlidir?
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!
Maliyyə Hesabatlarının Hazırlanması Kurs
Bu kurs maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində biliklərinizi artırmaq üçün ideal seçimdir.
İdarəetmə Uçotuna Giriş
İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.
Vergi Bəyannamələrinin Doldurulması Təlimi
Təlim Vergi Bəyannamələrinin real müəssisələrdə tərtibinin praktiki şəkildə tədrisini əhatə edir.
Maliyyə Analitiki Kursu
Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.
Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.