Tikinti müqavilələri üzrə kreditor borclarının uçotu


Tikinti müqavilələri üzrə kreditor borclarının uçot

 

Tikinti müqavilələri zamanı tikinti işlərinin təhvil alınması da məhz kreditor borcları hesabının vasitəsi ilə uçota alınır. Qeyd edək ki, tikinti işləri 2 üsulla yerinə yetirilir:

- podrat üsulu;

- təsərrüfat üsulu;

Podrat üsulu ilə tikintinin aparılması podratçı (tikinti ilə məşğul olan) təşkilatla tikinti müqaviləsinin bağlanması və işin hissə-hissə təhvil alınması yolu ilə həta keçirilir.

Təsərrüfat üsulu tikinti işinin məhz müəssisənin özü tərəfindən həyata keçirilməsi vasitəsi ilə yerinə yetirilməsidir. Bu zaman bütün mühəndis və fəhlə heyəti müəssisənin öz işçiləri olur, həmçinin tikinti alətləri və tikinti materiallarının təchizatı da məhz müəssisənin özü tərəfindən yerinə yetirilməlidir.

 

Nümunə 12.3.

“Natrium” MMC 01.02.20X5-ci il tarixində tikinti ilə məşğul olan “Uran” ASC ilə ofis binasının tikilməsi üzr podrat müqaviləsi bağlamışdır. Mü­qa­viləyə əsasən 2 il müddətində Uran şirkəti 3 mərtəbəli ofis binasını tikib tam təhvil verməlidir. 31.12.20X5-ci il tarixində şirkət birinci mərtəbəni ti­kib təhvil-təslim aktı imzalamışdır. Smeta üzrə binanın dəyəri 450 000 dol­lar, mərtəbələr üzrə qiymət isə aşağıdakı kimi olması nəzərdə tutulmuşdur:

1-ci mərtəbə - 150000 dollar;

2-ci mərtəbə -200000 dollar;

3-ci mərtəbənin dəyəri 100000 dollar.

İlin sonunda tikinti ilə bağlı “Natrium” şirkətinin uçotunda hansı qey­diy­yat aparılmalıdır?

Cavab:

Müqavilə üzrə 1-ci mərtəbə tam təhvil verildiyi üçün mühasibat yazılışı aşağıdakı kimi olacaqdır:

 

 

Hesablar Dt Kt
Tikili üzrə məsrəflərin kapitallaşması (A+) 150000  
Podrat müqaviləsi üzrə kreditor borcu (Ö+)   150000

 

 

Təsərüffat üsulu ilə tikintinin həyata keçirilməsinin uçotuna istehsal xərcləri mövzusunda toxunulacaqdır.