İcarə müqavilələri üzrə kreditor borclarının uçotu və hesabatda əksi


İcarə müqavilələri üzrə kreditor borclarının uçotu və hesabatda əksi

 

İcarə müqavilələri 2 cür olur: Əməliyyat icarəsi və maliyyə icarəsi (lizinq yolu ilə icarə).

Əməliyyat icarəsi dedikdə, hər hansı bir obyekt və ya əmlakdan mü­vəq­qəti istifadə hüququna görə yaranan öhdəlik məbləğidir. Əməliyyat icarəsi özü də müddətinə görə 2 cür ola bilər: qısamüddətli əməliyyat icarəsi və uzunmüddətli əməliyyat icarəsi.

 

Nümunə 12.4.

“Litium” MMC “Ferrium” MMC-dən iyul ayının 30-da 1 ədəd 3 otaqlı ofis (aylıq 400 dollar) və 1 ədəd avtomobil (aylıq 300 dollara) əməliyyat icarəsinə götürür. İcarə müqavilələrinə görə avtomobilin icarə müddəti 11 ay, ofisin icarə müddəti isə 18 ay müddətinə nəzərdə tutulmuşdur. Hər iki obyektə görə ödəniş müqavilənin sonunda həyata keçiriləcəkdir.

İlin sonunda hər iki icarə obyekti ilə bağlı mühasibat yazılışlarını və hesabatda əks etdirilməsi tələb olunur.

 

Həlli:

Avtomobilüzrə icarə haqqının hesablanmasının mühasibat yazılışı aşağıdakı kimi olacaqdır:

Hesablar

Dt

Kt

           İcarə xərci (BM-)

1500

 

Əməliyyat icarəsi üzrə qı­sa­müd­dətli kreditor borcu (Ö+)

 

1500

 

 

Bu məbləğ Balans hesabatında aşağıdakı kimi əks olunacaq:

Qısamüddətli kreditor borcları: 1500 dollar

 

Ofisinicarəsi üzrə yazılışlar isə aşağıdakı kimi olacaqdır:

Hesablar

Dt

Kt

İcarə xərci (BM-)

2000

 

Əməliyyat icarəsi üzrə uzun­müd­dətli kreditor borcu (Ö+)

 

2000

 

 

Uzunmüddətli icarə Balans hesabatında aşağıdakı kimi əks olunacaq:

Uzunmüddətli kreditor borcları: 2000 dollar

 

Maliyyə icarəsi (lizinq) - hər hansı bir obyektin və ya əmlakın uzunmüddətli elə icarəsidir ki, nəticədə obyektin (əmlakın) istifadə hüququ ilə yanaşı onun nəzarət hüququ da icarəyə götürənə keçir. Yəni lizinqə götürən həmin obyekti istəsə, başqa birinə icarəyə verə bilər və ya sata bilər. Lizinq müqaviləsinin müddəti bitdikdə çox vaxt obyekt tamamilə lizinqə götürənə qalır. Yəni sonda mülkiyyət hüququ da lizinqə götürənə ötürülür.

 

Nümunə 12.5.

“Bitium” MMC “Qalay” MMC-dən 01 aprel tarixində 3 illik lizinqə avtomobil götürür. Lizinq müqaviləsinə görə ilkin ödəniş 1000 dollar, ümumi ödənişin məbləği isə aylara bölünməklə ümumilikdə 19000 dollar olması nəzərdə tutulmuşdur. Yəni aylıq ödəniş 500 ((19000-1000)/36) dollar olmaqla yerinə yetiriləcəkdir.

İl ərzində lizinqlə bağlı mühasibat yazılışlarını və hesabatda əks etdirilməsini göstərin. 

 

Həlli:

Avtomobil lizinqə götürülən ayda (apreldə) aşağıdakı mühasibat yazılış­ları ilə qeydiyyatdan keçiriləcəkdir:

 

Hesablar

Dt

Kt

Avtomobil(A+)

19000

 

Maliyyə icarəsi üzrə uzunmüddətli kreditor borcu (Ö+)

 

19000

 

 

 

Maliyyə icarəsi üzrə uzunmüddətli kreditor borcu (Ö+)

1000

 

Pul vəsaitləri (A-)

 

1000

 

 

 

Maliyyə icarəsi üzrə uzunmüddətli kreditor borcu (Ö+)

500

 

Pul vəsaitləri (A-)

 

500

 

 

Qalan 8 ay ərzində lizinqlə bağlı ödənişlərin ümumi qeydiyyatı aşağıdakı kimi olacaqdır:

Hesablar

Dt

Kt

Maliyyə icarəsi üzrə uzunmüddətli kreditor borcu (Ö+)

4000

 

Pul vəsaitləri (A-)

 

4000

 

 

İlin sonunda lizinqlə bağlı Balans hesabatındakı vəziyyət aşağıdakı kimi olacaqdır:

Uzunmüddətli aktivlər:

  • Avtomobil: 19000 dollar;

 

Uzunmüddətli öhdəliklər:

  • Maliyyə icarəsi üzrə kreditor borcları: 13500 dollar