Fiziki şəxsin gəlir vergisinin hesablanması qaydası


Fiziki şəxsin gəlir vergisinin hesablanması qaydası

 

 

Muzdlu işlə əlaqədar əldə olunan gəlirlər əmək müqaviləsi əsasında işçinin əldə etdiyi gəlirlərdir. Əmək müqaviləsi əsasında əldə olunan gəlirlərlə bağlı əmək münasibətlərini Əmək Məcəlləsi və Vergi Məcəlləsi tənzimləyir.

 

Muzdlu işlə əlaqədar əldə olunan gəlirlər əmək müqaviləsi əsasında işçinin əldə etdiyi gəlirlərdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə muzdlu işlə əlaqədar əldə olunan gəlirlərə görə verginin hesablanması 2019 - cu ilin yanvar ayından başlayaraq aşağıdakı 2 istiqamət üzrə hesablanmaqdadır :

 

 

Qeyri - Neft - Qaz və Qeyri - dövlət sektoru üçün cəlb edilən işçilərin gəlir vergisinin hesablanması sistemi ;

 

Vergi tutulan aylıq gəlirin məbləği 

Verginin dərəcəsi 

8000 manatadək 

0 %

8000 manatdan çox 

8000 manatdan çox olan məbləğin 14 %

 

 

Neft - qaz və Dövlət sektoru üçün cəlb edilən işçilərin gəlir vergisinin hesablanması sistemi ;

 

Vergi tutulan aylıq gəlirin məbləği  

Verginin dərəcəsi 

2500 manatadək

14 % (200 manat çıxılmaqla) 

2500 manatdan çox 

350 manat + 2500 manatdan çox olan

məbləğin 25 % 


 

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Qeyd edək ki, nəzərdə tutulan güzəştlər də əsas iş yerinə aiddir. Əlavə iş yerində hesablama güzəştlər tətbiq edilmədən aparılmalıdır. 

 

Qeyri - sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin ( ƏDV ödəyicisi ) vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.