Fi̇zi̇ki̇ şəxsi̇n gəli̇rləri̇ni̇n mahi̇yyəti̇ və növləri̇


Fi̇zi̇ki̇ şəxsi̇n gəli̇rləri̇ni̇n mahi̇yyəti̇ və növləri̇

Dünyanın bir çox ölkəsində yaşayan və fəaliyyət göstərən fiziki şəxslər əldə etdikləri gəlirlərə görə bu və ya digər şəkildə vergi ödəyirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə də rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 

AR VM-nə görə rezident şəxs dedikdə, təqvim ilinda üst-üstə 182 gündən artıq vaxtda Azərbaycan Respublikasının arazisində olan, yaxud təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan və aşağıdakı ardıcıllıqla göstərilən meyarlara cavab verən şəxslər hesab olunur: 

- daimi yaşayış yeri: 

- həyati manafelərinin mərkəzi; 

- adətən yaşadığı yer - Azarbaycan Respublikasının vətəndaşlığı: 

Qeyri-rezident şəxslər dedikdə aşağıdakı şəxslər başa düşülür. 

- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri: 
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
-  Məqsədi yalnız Azarbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; 
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri diplomatik nümayəndəliklər, konsulluq idarələri va xarici ölkələrin digər rəsmi nümayəndəlikləri beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; 
- Rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər. 

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir . gəlirlardan ibarətdir . Qeyri - rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.

Gəlirlərə aiddir:  

- Muzdlu işlə əlaqədər əldə edilən gəlir;

- Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

- Vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər;

Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə aşağıdakılar aiddir: 

- Əməkhaqqı; 

- Ödəmə; 

- Fayda.

 

Əmək məcəlləsinin 157.3 maddəsinə görə əməkhaqqının tərkibinə aylıq vəzifə ) maaşı, ona əlavələr və mükafatlar daxildir. 

- Tarif ( vəzifə ) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir

- Əməkhaqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif ( vəzifə ) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödənişdir.

- Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə, əməkhaqqından başqa işçinin əldə etdiyi hər-hansı fayda da daxildir.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər aşağıdakı 2 yerə bölünür: 

- Sahibkarlıq fəaliyyətindən gəlirlər; 

- Qeyri - sahibkarlıq fəaliyyətindən gəlirlər

Məsələn, VÖEN-i olan şəxs istənilən müəssisədə hər-hansısa xidmət göstərərək elektron-qaimə faktura yazaraq gəlir əldə edirsə, deməli, sahibkarlıq fəaliyyətindən gəlir əldə edir. 

Məsələn, fiziki şəxsin öz əmlakını icarəyə verərək gəlir əldə etməsi, hər-hansı bir müəssisənin istiqrazını alıb oradan faiz gəliri əldə etməsi və s. buna bənzər gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılır.