Aksiz Vergisi Nədir?


Aksiz Vergisi

Aksiz - kütləvi istehlak mallarının bəzilərinə ( tütün, spirtli, işkilər və s. ),  xidmətlərə ( kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına ( zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növüdür. 

Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. 

Təyinolunma üsuluna görə aksiz dərəcələri:

  • Dəyişilməz

  • Məxsusi - icbari məbləğlərdə

  • Advalorem - faizlərlə olur

Tarif dərəcələrinə görə aksizlər: 

- Vahid Aksiz - sortları keyfiyyət və qiymət baxımından az fərqlənən mallar üçün;

- Diferensiallaşdırılmış Aksiz - keyfiyyətə görə təsniflənən mallar. Məsələn: tündlüyünə görə şərablar üçün.

- Orta Aksiz - sortları müxtəlif qiymət səviyyəsində olan eyni cins mallar. Məsələn: tütün məmulatı üçün fərqləndirilir. 

Alınma üsuluna görə aksizlər:

- Fərdi Aksiz - malın ölçü vahidindən dəyişməz tarif dərəcəsi üzrə;

- Universal Aksiz - müəssisənin dövriyyə vergisi olur;

Aksiz vergisinin obyekti

 Aksiz - qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür.

 Aksizlə bağlı aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:

1.Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması. İstehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir. 

2. İdxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.

Aşağıda göstərilən şəxslər Aksiz vergisinin ödəyiciləridir. 

• Azərbaycan Respublikasında aksizli malların istehsalçıları; 

•Azərbaycan Respublikasına aksizli malların idxalçıları; 

• Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;

Onu da qeyd edək ki, aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli  lkmalların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. 

Aşağıdakıları istehsal edən müəssisələr Aksiz vergisi ödəyiciləridirlər. Məcəlləyə əsasən aşağıdakı mallar aksizli mallara aid edilir: 

- içməli spirt, maya, pivə va spirtli içkilərin bütün növləri; 

- tütün məmulatları; neft məhsulları;

 -minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); 

- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr; 

- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz; 

- idxal olunan xəz-dəri məmulatları;

 - energetik içkilər;

 - avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla); 

- elektron siqaretlər üçün maye.