Bazar qiymətinin tətbiqi prinsipi (qaydası)


Bazar qiymətinin tətbiqi prinsipi (qaydası)

 

Vergi orqanı müəssisənin alış və satışları zamanı tətbiq etdikləri (sənədlərdə göstərdikləri) qiymətləri yoxlayıb onları bazar qiyməti ilə müqayisə apara bilər. 

Məcəllə bazar qiymətlərinin tətbiqinə aşağıdakı 2 istiqamət üzrə yanaşır:

            - Satışın bazar qiyməti

            - Alışın bazar qiyməti

Məcəlləyə görə malların (iş və xidmətlərin) satışının bazar qiymətinin tənzimlənməsi aşağıdakı qaydada (mərhələ üzrə) həyata keçirilir:

1-ci. mərhələ: Vergi orqanı tərəfindən təqdim edilmə tarixindən 30 gün əvvəl və 30 gün sonrakı tarixdəki dövrdə başqa vergi ödəyicisi tərəfindən eynicinsli malların qiymətlərinin bazar araşdırılması aparılır. Adətən bu araşdırma Dövlət Statistika Orqanının, Gömrük Komitəsinin və vergi orqanının baza məlumatları əsasında formalaşır.  

2-ci. mərhələ: Yuxarıda qeyd olunan dövrdə təqdim etmə tarixinə ən yaxın tarixdəki bazar qiyməti müəyyən olunur.

3-cü. mərhələ: Təqdim etmə tarixinə ən yaxın dövrdəki bazar qiyməti ilə ödəyici tərəfindən müəyyən edilmiş qiymət arasında müqayisə aparılır. Müqayisə obyekti olaraq təqdim etmə tarixindən əvvəl və sonrakı dövrə olan qiymətlərdən ən kiçiyi götürülür.

4-cü. mərhələ: Əgər müəssisə tərfindən tətbiq olunan qiymət eyni analoji mal üçün bazarda təşəkkül tapan qiymət səviyyəsindən (müqayisə üçün götürülən qiymətdən)  30%-dən çox fərqlənərsə, bu zaman bazar qiyməti, əgər 30%-dən az fərq edərsə, müəssisənin müəyyən etdiyi qiymət əsas götürülür.

Qeyd edək ki, alışlar zamanı da yuxarıda göstərilən addımlar tətbiq oluna bilər. Belə ki, alınmış malların (iş və xidmətlərin) alış qiyməti bazar qiymətindən 30%-dən çox fərqlənirsə, bu zaman da bazar qiyməti tətbiq oluna bilər.