Qudvil nədir?


Qudvil nədir?

 

Qudvil - hər hansı bir müəssisənin satılması (və ya qiymətləndirilməsi) zamanı onun aktivlərində yaranan elə bir dəyər artıqlığıdır ki, onunla müəssisənin həqiqi qiyməti artmış olur.

 

Qiymətləndirmə zamanı şirkətin qudvilinin formalaşması aşağıdakı şərtlərdən asılı ola bilər:

▪️ Əmtəə və ya xidmətin yüksək keyfiyyəti;

▪️ Məkan baxımından uğurlu yerləşmə;

▪️ Uğurlu müqavilələrə sahib olma;

▪️ Yaxşı rəhbərlik və peşəkar işçi heyəti;

▪️ Yaxşı təcrübə və “nou-hau”nu bilmə.

 

Qudvilin özünü də 2 yerə bölmək olar:

▪️ əldə edilən qudvil;

▪️ kənardan əldə edilməyən (müəssisəyə məxsus) qudvil.

 

Əldə edilən qudvil - bir müəssisənin fəaliyyət göstərən başqa bir müəssisəni satın alan zaman yaranan qudvildir. Bu qudvil müəssisənin balans hesabına ilkin dəyər (aktivin əldə etmə dəyəri) kimi daxil ediləcəkdir.

 

Müəssisəyə məxsus qudvil - qudvilin aşkar edilməsinə ehtiyac yaranan hadisə baş verdikdə ekspertlər tərəfindən qiymətləndirmə zamanı müəyyən edilən dəyərdir. Ümumiyyətlə, əgər müəssisədə qudvilin aşkar edilməsinə zəmin yaradan heç bir iqtisadi hadisə baş verməyibsə onu qiymətləndirib hesablarda yazmağa ehtiyac olmur.

 

Qudvili (Goodwill) ingilis dilindən hərfi tərcümədə yaxşı və niyyət sözlərinin birləşməsidir. Ümumi mənada “yaxşı gələcək” kimi ifadə edə bilərik. 

 

Qeyd: Bu məqalə nəşrlərimizdən biri olan “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kitabına istinad edilərək yazılmışdır. Kitabın son versiyasını 077 233 30 29 (whatsapp-lı) nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz!

 

#İATM #BMUƏ #KitabdanSeçmələr