Royalti nədir?


Royalti

Royalti (royalty) aşağıda sadalananlara görə alınan ödənişlərdir:

▪️ ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə;

▪️ istənilən patentə, ticarət markasına, dizayn yaxud modelə, plana, məxfi düstura yaxud prosesə görə;

▪️ sənaye, kommersiya yaxud elmi təcrübəyə aid olan informasiyaya görə;

▪️ sənaye, kommersiya və elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə.

 

#VergiUçotu #KitabdanSeçmələr