Maliyyə lizinqi


Maliyyə lizinqi

 

Maliyyə lizinqi - əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakın maliyyə lizinqi müqaviləsi üzrə əmlakın icarəyə verilməsi əməliyyatıdır. Məcəlləyə görə maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər və yalnız aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

 

▪️ lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir;

▪️ icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;

▪️ icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;

▪️ icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıq olmalıdır. Bu şərt yalnız aktivin istifadə olunması müddətinin ¾-ü qurtardıqdan sonra başlanan icarəyə tətbiq edilmir;

▪️ icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.   

 

#İATM #VergiUçotu #KitabdanSeçmələr