Amortizasiya


Amortizasiya – uzunmüddətli aktivin dəyərinin istehsal olunan məhsulun, xidmətin və ya görülən işin üzərinə hissə-hissə köçməsidir. Yəni uzunmüddətli aktiv bir neçə istehsal tsiklində iştirak etdiyindən onların dəyəri də hissələrə bölünərək xərcə salınacaq.

Əsas vəsaitlərə hər hesabat dövrünün sonunda amortizasiya hesablanaraq həmin dövrün Mənfəət və zərərlər haqqında hesabatında (MZHH-də) xərc kimi əks etdirilir. Amortizasiyanın mühasibat yazılışı aşağıdakı kimi qeyd olunur:

- Dt   Amortizasiya xərci

- Kt   Yığılmış amortizasiya

Yığılmış amortizasiya əks-aktiv hesab olub, əsas vəsaitlərin cəmi amortizasiya edilmiş məbləğini göstərir.

 

Qeyd etdiyimiz kimi, amortizasiya faydalı istifadə müddətinə uyğun olaraq hər bir uçot dövründə aktivin dəyərinin ödənilməsidir. Məsələn, hər hansı bir nəqliyyat vasitəsi alındıqda, alınma dövründən başlayaraq 5 il müddətində istifadə olunub fayda gətirə bilər. Bu o deməkdir ki, həmin nəqliyyat vasitəsi istifadə olunduqca öz dəyərini 5 il ərzində tam ödəyəcəkdir. Ona görə də nəqliyyat vasitəsinin dəyərinin 1/5-i hər uçot dövründə xərc kimi tanınacaq.

Beləliklə, amortizasiya aktivin dəyərinin hissə-hissə xərc şəklində ödənilməsidir. Amortizasiyanı müəyyən etmək üçün 4 əsas metod fərqləndirilir:

- Düz xətt (Straight-line method) metodu;

- Funksional (Activity Method) metodu;

- Azalan qalıq (Reducing Balance) metodu;

- İllərin sayının cəmi (Sum of Years Digits) metodu.

Əsas vəsaitlərin xüsusiyyətlərindən asılı olaraq fərqli metodlardan istifadə oluna bilər.

 

Əgər əksəriyyətiniz istəsə növbəti bloqlarda hər bir metodu ətraflı izah edə bilərik!

 

#İATM #BMUƏ #KitabdanSeçmələr