İnvestisiya qoyuluşu əməliyyatı


İnvestisiya qoyuluşu əməliyyatı

Bildiyimiz kimi, əməliyyat maliyyə axını ilə nəticələnən hadisədir. İnvestisiya fəaliyyəti isə uzunmüddətli aktivlərin müəssisəyə daxil və xaricolması ilə bağlı əməliyyatları əhatə edir.
 
İnvestisiya qoyuluşu mahiyyəti dedikdə isə mənfəət əldə etmək məqsədilə başqa şirkətlərin paylarına yatırım və ya onların qiymətli kağızlarının (səhmlərinin) alınması əməliyyatı başa düşülür. Praktikada investisiyanın növləri - 3 növü ilə qarşılaşmaq mümkündür:
1) Adi investisiyalar
2) Asılı müəssisələrə investisiyalar
3) Törəmə müəssisələrə investisiyalar
 
- Adi investisiyalar adətən şirkətin kapitalının 0-19,99% payını əldə etmək üçün qoyulmuş investisiyadır. Bu zaman məqsəd səhmin bahalaşmasından qazanc əldə etmək və müxtəlif biznes məqsədləri ola bilər.
 
- Asılı müəssisələrə investisiyalar şirkətin 20-50% payını əldə etmək üçün qoyulmuş vəsaitlərdir. Bu zaman payı alınan müəssisədə 1/5 səs çoxluğu əldə etmək və idarə heyətində iştirak etməklə şirkətin maliyyə və əməliyyat qərarlarına təsir etmək imkanları yaranır.
 
-  Törəmə müəssisələrə investisiya dedikdə şirkətin payının 50%-dən çox hissəsinin alınmasıdır. Bu zaman payı alınan şirkət demək olar ki, tamamilə investisiya qoyan şirkətin sərəncamına keçir və əsas səs sahibi həmin səhmdar olur.