FIFO Metodu ilə maya dəyərinin hesablanması (detallı izah)


Əvvəlki məqalədə də qeyd etdiyimiz kimi satılan malların maya dəyərinin hesablanmasının 4 əsas üsulu fərqləndirilir. Bunlar aşağıdakılardır:

  • Spesifik identifikasiya metodu (Specific identification);
  • Vaxta görə birinci alınanların maya dəyəri metodu (FIFO – first-in, first-out);
  • Vaxta görə sonuncu alınanların maya dəyəri metodu (LIFO – last-in, first-out);
  • Orta maya dəyəri metodu (AVCO – Average Cost Method).

 

Bu Məqaləmizdə FIFO metodu ilə maya dəyərinin hesablanmasının ətraflı izahını verəcəyik. Ümid edirik ki, Sizin üçün faydalı olacaq.

 

Mal-material ehtiyatlarının maya dəyərinin hesablanmasının FIFO (first-in, first-out) metodunun mahiyyəti ondan ibarətdir ki, bu zaman ilkin əldə olunmuş materialların dəyəri satılmış malların maya dəyəri (SMMD) kimi birinci tanınmalıdır.

 

Bu üsul vasitəsilə həmçinin material ehtiyatları (xammal) istehsala alınma ardıcıllığı ilə silinir. İngilis dilində FIFO (first-in, first-out – birinci-daxil olan, birinci-çıxan) sözünün açıqlanması vaxta görə birinci alınan materialın maya dəyəri üzrə də birinci nəzərə alınması mənasını verir.

 

Məsələyə aydınlıq gətirmək üçün qiymətlərin artdığı şəraitdə maya dəyərinin hesablanmasına nəzər salaq.

 

Tapşırıq 1. Biznes fəaliyyətinə 1 yanvar tarixində başlayan ticarət müəssisəsinin müvafiq olaraq aşağıdakı alışlarsatışları olmuşdur:

 

Tarix

Anbarda qalıq

Alış\ Satış

Miqdar

(ədəd)

Vahidinin dəyəri

$

Məbləğ

$

5 yanvar

Qalıq

100

2.0

200.0

7 yanvar

Alış

200

2.5

500.0

9 yanvar

Alış

300

3.0

900.0

 

 

600

 

1600.0

 

 

 

 

 

11 yanvar

Satış

350

5.0

1750.0

 

            Tələb olunur:

a) 11 yanvar tarixinə FIFO metodu ilə Satılan Malın Maya Dəyərini (SMMD) və mənfəəti müəyyən etmək;

b) Anbarda qalan malların dəyərini hesablamaq.

            

            

Həlli:

           

a) Alışları və SMMD-nin hərəkətini daha aydın görmək üçün Ehtiyatlar hesabının baş kitabında Dt (Alışlar) və Kt (SMMD) üzrə məbləğlərin qeydi daha asan olardı. Ona görə də bu məsələdə qeyd olunan şərtləri Ehtiyatlar hesabının baş kitabına köçürsək FIFO metodu ilə satılan ehtiyatların maya dəyəri aşağıdakı kimi hesablanacaqdır:

 

Tarix

Alışlar

SMMD

Günün sonuna ehtiyat qalığı

5-Yan

100x2.0$=200$

 

200$

7-Yan

200x2.5$=500$

 

700$

9-Yan

300x3.0$ = 900$

 

1600$

11-Yan

 

100x2.0$=200$

200x2.5$=500$

50x3.0$ = 150$

350 əd.         850$

750$

 

 

Cədvəldən göründüyü kimi, SMMD tapılan kimi asanlıqla mənfəəti (900$) və günün sonuna qalığı (750$) müəyyən etmək mümkün olur. Mənfəəti hesablamaq üçün aşağıdakı cədvələ baxaq:

 

Satış

 

1 750

Çıxılsın:

Satılmış Malların Maya Dəyəri

850

         =

Ümumi mənfəət

900

 

 

b) FIFO metodu ilə günün sonuna qalığı hesablamaq üçün LIFO metodunu tətbiq etməklə də mümkündür. Belə ki, bunun üçün əvvəlcə qalıq ehtiyatların sayını (250 ədəd) tapırıq:

Alış

100

+Alış

200

+Alış

300

-Satış

350

Qalıq

= 250 ədəd

 

 

İkinci addım olaraq alınan rəqəmi (250 ədəd) alışların sonuncu qiymətinə (3 $) vurmaqla son qalığı almış oluruq:

250 ədəd x 3.0 $ = 750.0 $

 

Qeyd edək ki, qalığın bu şəkildə hesablanması yalnız FIFO metoduna aiddir. Alış və satışların sayının çoxluğundan asılı olmayaraq bu metod hər zaman özünü doğruldur. Yəni, FIFO metodu ilə qalığı hesablamaq üçün LIFO metodunu tətbiq etməklə asanlıqla qalığı ala bilərik.

LIFO və AVCO metodunda alış və satışların sayı çox olduqda bunu tətbiq etmək mümkün deyil. Ona görə ki, hər bir alışdan sonra yeni qalığın çıxarılaraq həmin qalıq nəzərə alınmaqla son qalığını hesablamaq lazımdır.  

 

Nəticə:

            Qiymətlərin artması şəraitində FIFO metodu ilə qiymətləndirmə köhnə məhsulların maya dəyəri ilə olduğu üçün ucuz başa gəlir və nəticədə mənfəətin artmasına gətirib çıxarır. Əgər qiymətlər düşməyə doğru gedərsə bu zaman FIFO ilə maya dəyəri daha artıq olmaqla mənfəətin azalması baş verəcəkdir. Təcrübə göstərir ki, bazar şəraitində hər zaman qiymətlər az da olsa qalxma istiqamətində dəyişir. Ona görə də bu metodun tətbiqi daha əlverişlidir.

 

Qeyd: Bu məqalə nəşrlərimizdən biri olan “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kitabına istinad edilərək yazılmışdır.

Qeyd: “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kitabımız satışda var. Bizimlə əlaqə saxlayaraq sifariş edə bilərsiniz.