Təmir xərcləri və bu xərclərin gəlirdən çıxılması qaydaları (məsələ ilə izah)


Təmir məsrəfləri əsaslı və cari təmir məsrəflərindən ibarətdir.

 

Əsaslı təmir məsrəfləri- əsas fondların (vəsaitlərin) istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir. Bu xərclər əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir.

 

Cari təmir məsrəfləri- əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflərdir.

“Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar” haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Təmir xərcləri gəlirdən iki şəkildə çıxıla bilər

1. "Vergi Məcəlləsi"nin 115.1-ci maddəsində nəzərdə tutulan hədlər daxilində (yəni, birbaşa)

2. Həmin hədlərdən artıq olan hissədə Vergi Məcəlləsinin 115.2-ci maddəsində nəzərdə tutulan qaydada amortizasiya ayırmaları şəklində

- İkinci halda təmir xərclərinin gəlirdən çıxılması mədudlaşdırılan hissəsi kapitallaşdırılır, yəni əsas vəsaitin dəyərinə əlavə edilir və təmir aparılan ildən başlayaraq əsas vəsaitlərinin dəyərinin tərkib hissəsi kimi növbəti illərdə də davam etməklə tədricən amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Nümunə: Cari ilin əvvəlinə qalıq dəyəri 50000 min manat olan binaya çəkilən təmir xərcləri 3000 manat olduqda 1000 manat birbaşa gəlirdən çıxılır (50000*2%), qalan 2000 manat isə cari ildə binanın dəyərinə əlavə edilir və ilin sonuna alınmış cəmdən (50000+2000=52000 manat) cari ildə 2% dərəcə ilə 1040 manat (52000*2%) amortizasiya ayırmaları hesablanmalıdır. Növbəti ildə isə həmin məbləğ 1019.20 manat ((52000-1040)*2%) təşkil edəcəkdir.