8 mart 2019-cu il tarixində növbəti sertifikat mərasimi keçirilmişdir


8 mart 2019-cu ildə iqtisadi Araşdırmalar və Tədris Mərkəzində “ Beynəlxalq Mühasibat Uçotunun Əsasları ” təlimini bitirmiş müdavimlər üçün növbəti sertifikat təqdimetmə mərasimi keçirilmişdir. Tədbirə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyevin çıxışı ilə başlanıldı. O, məzunları təbrik edərək iş həyatında onlara uğurlar arzuladı. Sonra çıxış üçün söz alan İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin Tədris proqramının rəhbəri, vitse-prezident Radil Fətullayev məzun olmuş tələbələrə mühasib olmağın məsuliyyəti, bu peşənin adının yüksək tutulmasının zəruriliyi barədə məsləhətlər verdi.
Yekun imtahan nəticələrinə uyğun olaraq məzunlara sertifikatlar təqdim olundu. 
Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi olaraq məzunlarımıza uğurlar arzulayırıq