İATM-da “İstehsal məsrəflərinin uçotu” mövzusunda Mahmud Abasquliyevin təlimi keçirilimişdir.


3 may 2019 –cu ildə İqtisadi Araşdırmalar və Tədris Mərkəzində (İATM) “İstehsal məsrəflərinin uçotu” mövzusunda Mahmud Abasquliyevin təlimi keçirilimişdir. Tədbirdə “Xərclərin mahiyyəti və ümumi təsnifatı”, “İstehsal məsrəflərinin təyinatına görə təsnifatı” və “Məhsulun maya dəyərinin hesablanmasının bəzi düsturları” geniş izah olunmuşdur.

Təlimdə müxtəlif şirkətlərin baş mühasibləri və mühasiblərindən ibarət 40 nəfərə yaxın şəxs iştirak etmişdir.Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

03.05.2019