Maliyyə Uçotu nədir?
Maliyyə uçotu - əsasən kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Maliyyə uçotunun əsas məqsədi şirkətin aşağıdakı maliyyə hesabatlarını hazırlamaqdır:
- Mənfəət və zərərlər haqqında hesabat;
- Kapitalda dəyişikliklər haqqında hesabat;
- Balans hesabatı
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Bu hesabatlar demək olar ki, bütün xırda və iri şirkətlər tərəfindən tərtib olunur.
Maliyyə uçotu kimlər üçündür?
Maliyyə uçotu təlimi mühasibat uçotu, audit, maliyyə sahəsində çalışan, tədris edən və bu sahə ilə maraqlanan şəxslər,həmçinin bu sahədə biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlimin müddəti
Maliyyə uçotu təlimi hər dərs 2 saat (120 dəq) olmaqla həftədə 2 dəfə keçirilir. Təlimin müddəti 2 ay davam edir.
Təlimin proqramı
№ |
MALİYYƏ UÇOTU |
saat |
Mövzuların adları |
||
1. |
Müəssisə və uçota giriş |
2 |
2. |
Müəssisənin maliyyə bərabərliyi və əsas maliyyə hesabatları ilə tanışlıq |
2 |
3. |
Maliyyə hesabatının hazırlanması qaydaları (IFRS № 1) |
2 |
4. |
Hesablar və ikitərəfli qeydiyyat üsulu |
2 |
5. |
Müxtəlif maliyyə əməliyyatlarının 2 tərəfli qeydiyyat üsulu ilə jurnala yazılışı və maliyyə hesabatında əks etdirilməsi |
2 |
6. |
Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması |
2 |
7. |
Uzun müddətli aktivlərin uçotu (IAS №16) |
4 |
8. |
Qeyri-maddi aktivlərin uçotu (IAS № 38) |
2 |
9. |
Ticarət əməliyyatlarının və ehtiyatların uçotu (İAS №2) |
2 |
10. |
Ehtiyatların maya dəyərinin hesablanması üsulları (FİFO, LİFO & AVCO) |
2 |
11. |
Debitor borcların və ümidsiz borcların uçotu |
2 |
12. |
İstehsal xərclərinin və istehsal maya dəyərinin hesablanması və uçotu |
4 |
13. |
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (IFRS №7) |
2 |
14. |
Valyuta məzənnələrinin uçotu |
2 |
Təlimçilər
Mühasibatlıq təlimi sahəsində geniş iş təcrübəsinə və müvafiq sertifikata malik professional kadrlar xidmətinizdədir.