İNVESTORLARIN NƏZƏRİNƏ

 

 Ölkədə sahibkarlığın inkişafına əlverişli biznes mühitin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 saylı Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatının aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə olunmuşdur.

Aqrar sektorda aparılmış sorgu və Tövsiyyə sənədi

 

Bu treninq –debatlar zamanı “Fermer təsərrüfatlarında Alternativ maliyyələşməyə ehtiyacın qiymətləndirilməsi” üzrə iştirakçılar arasında  sorğu aparılmış və iştirakçıların rəyləri öyrənilmişdir. Aparılmış sorğunun və uçotun təşkili ilə bağlı iştirakçıların  rəyləri təhlil olunmuş və bunun əsasında tövsiyyə sənədi hazırlanmışdır.