Vergi uçotu nədir?

Vergi uçotu- vergi qanunvericiliyinə uyğun olaraq əməliyyatların uçotu və vergi orqanlarına təqdim olunacaq hesabat və bəyannamələrin hazırlanması üçündür.

Təlim kimlər üçündür?

Maliyyə və mühasibatlıq sahəsini öyrənən, təcrübə toplamaq istəyən, tələbələr və məzunlar, o cümlədən çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

 

Təlimin müddəti

 

Vergi uçotu təlimi hər dərs 2 saat (120 dəq) olmaqla həftədə 2 dəfə keçirilir. Təlimin müddəti 2 ay davam edir.

 

Təlimin proqramı

 

  • Azərbaycan Respublikasında vergi sisteminin idarəedilməsi
    Azərbaycan Respublikasının vergi qanunvericiliyi.
    2. Vergitutmanın formaları.
    3. Vergi ödəyicisinin və ya vergi agentinin vəzifələri.
    4. Vergi auditi, müraciət və mübahisələrə dair qərarlar, prosedurları, vergi pozuntuları, vergi cərimələri və faizlər.
    5. Sanksiyaların ödənişləri.
  • Fiziki şəxslərin gəlir vergisi
    Vergi ödəyiciləri.
    2. Vergitutma obyekti.
    3. Gəlir.
    4. Gəlir vergisinin dərəcəsi və hesablanması.
    5. Gəlir vergisindən azadolmalar və güzəştlər.
    6. Ümumi qaydalar.
  • Hüquqi şəxslərin mənfəət vergisi
    Vergitutma obyektinin müəyyən edilməsi.
    2. Vergitutma obyekti və dərəcələri.
    3. Azadolmalar və güzəştlər.
    4. Vergi uçotu.
    5. Ümumi qaydalar.
  • Əlavə dəyər vergisi (ƏDV)
    Əlavə dəyər vergisinin ödəyiciləri (qeydiyyat və könüllü qeydiyyatı).
    2. ƏDV öhdəlikləri.
    3. ƏDV dərəcəsi.
    4. ƏDV-nin ödənişi və hesabat dövrü.
    5. Ümumi qaydalar.
  • Əmlak vergisi
    Hüquqi şəxslərin əmlak vergisi.
    2. Hüquqi şəxslərin əmlak vergisi öhdəlikləri.
    3. Hesablama.
    4. Ümumi qaydalar.

 

  • Aksiz vergisi, yol və mədən vergiləri
    Hesablama.
    2. Ümumi qaydalar.
  • Torpaq vergisi
    Hüquqi şəxslərin torpaq vergisi.
    2. Hesablama.
    3. Ümumi qaydalar.

 

  • Sadələşdirilmiş vergi
    Hesablama.
    2. Ümumi qaydalar.