İqtisadi Araşdırmalar və Tədris Mərkəzində Müəllimlərin işə qəbulu başlandı!
Mühüm tarixlər: Qeydiyyatın başlandığı tarix: 15 sentyabr 2017-ci il


Qeydiyyat üçün son müraciət tarixi: 2 oktyabr 2017-ci il saat 17:00-a dək İmtina və ya dəvət cavablarının göndərilməsi tarixi: 6 oktyabr 2017-ci il 
Tədris qabiliyyətinə güvənən Mühasibatlıq sahəsində peşəkar biliklərə malik hər kəs qeydiyyatdan keçə bilər Təlim sahələri:


1. Maliyyə Uçotu 2. Vergi Uçotu 3. Rəsmi Mühasibatlıq

İmtahana qeydiyyat üçün radilfatullayev@gmail.com elektron poçt ünvanına adınız, soyadınız, hal hazırda yaşadığınız ünvan, yaşınız, bitirdiyiniz ali təhsil müəssisəsinin adını, ixtisasınız, cari yaxud əvvəl çalışdığınız müəssisənin adını, təcrübə müddətini və təlimçi olmaqda motivasiya mətnini göndərə bilərsiniz.


P.S. Motivasiya məktubunu qeyd etməyən namizədlərin müraciətlərinə baxılmayacaq! 
İmtahanın keçirilmə qaydaları:


Sizə imtahanda ixtisas 40, Məntiqi təfəkkürü yoxlayan 10 və kurikulum 10 olmaqla ümumilikdə 60 sual təqdim olunacaq. İmtahan müddəti 1 saat 30 dəqiqə təşkil edir.

İmtahana gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi özünüzlə gətirməyi unutmayın