7 yanvar 2017-ci ildə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin 7 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Gəncliyə Yardım Fondunun rəhbərliyi və İATM-in tərəfdaşları  iştirak etmişlər.  İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev tədbir iştirakçılarına İATM-in keçdiyi yol barəsində məlumat vermişdir. Tədbirdə iştirakçılara həmçinin, İATM-in fəaliyyətini əks etdirən videoçarx təqdim olunmuşdur. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev  “2017-ci ilin Vergi islahatları:  maliyyə uçotunun perspektivləri” mövzusunda  çıxış etmişdir.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin əməkdaşları İbad İbadov, Ziya Məmmədov, Kamilə Əlizadə, Fariz Alxazov  “Fəxri diplomlar”, “Təşəkkürnamələr” ilə mükafatlandırılıb. Məzunlar isə müvafiq kateqoriyalara uyğun sertifikatlarla təltif olunmuşdur.

Tədbirin sonunda iştirakçılarla şəkillər çəkilmişdir.