23 dekabr 2017-ci ildə İqtisadi Araşdırmalar Tədbirə çıxış sözü ilə İATM-ın prezidenti iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev başlamışdır. O, öz çıxışında məzunları təbrik etmiş, onlara uğurlar arzulamışdır. Tədbirdə İATM-in vitse-prezidenti Radil Fətullayev də çıxış etmişdir. O, mühasibatlıq sahəsində öz bilik və bacarıqlarını artırmaq üçün İATM-ı seçən məzunlara təşəkkür etmişdir. Həmçinin Radil müəllim məzunların qazandıqları bilik və bacarıqları onların gələcək karyeralarına kömək edəcəyinə inandığını vurğulamışdır. Qr 40 və Rq 40 qrupların məzunlarına müvəffəqiyyətlə bitirmə sertifikatları təqdim edilmişdir. Təqdimat zamanı İATM-in 7 nəfər məzunu – Xəyalə Aydəmirova, Qorxmaz Şamıyev ,Emin Əfəndiyev, Şövkət Nağıyeva,Emil Heydərli , Elvin Həsənov və Rəşad Abudzadə tədris zamanı göstərdiyi xüsusi aktivliyə və 90 bal və ondan yuxarı bal topladıqlarına görə qızıl sertifikatla təltif olunmuşlar. Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.