Rəsmi mühasibatlıq nədir?

Rəsmi mühasibatlıq- baş verən əməliyyatların qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilməsi və dövlət orqanlarına hesabatların verilməsidir.

 

Təlim kimlər üçündür?

Maliyyə və mühasibatlıq sahəsini öyrənən, təcrübə toplamaq istəyən tələbələr və məzunlar, o cümlədən çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

 

Təlimin müddəti

 

Rəsmi mühasibatlıq təlimi hər dərs 2 saat (120 dəq) olmaqla həftədə 2 dəfə keçirilir. Təlimin müddəti 2 ay davam edir.

 

Təlimin proqramı

 

  • Mühasibat sənədləşmələrinin aparılması prinsipləri;
  • Kassa sənədləşmələri və kitabının tərtibi;
  • Təhtəlhesab şəxslərlə əməliyyatların rəsmiləşdirilməsi;
  • Bank əməliyyatlarının rəsmiləşdirilməsi;
  • İşçilər və onlara ödənişlərin rəsmiləşdirilməsi;
  • Əsas fondların rəsmiləşdirilməsi və inventarizasiyası;
  • İstehsal olunan məhsulun və xammalın rəsmiləşdirilməsi;
  • DSMF hesbatlarının hazırlanması və təqdim edilməsi (B1 və B3 proqramları);
  • Vergi hesbatlarının hazırlanması və təqdim edilməsi (BTP);
  • Statistika və məşğulluq hesbatlarının tərtibi və təqdim edilməsi

 

 

Təlimçilər

            İş şəraitində rəsmi mühasibatlığı aparan peşəkar praktiklərdir. Biz bu sahədə  mütəxəssisimizlə xidmətinizdəyik.