Kitab kimlər üçündür?

Kitab mühasiblər, müəssisə rəhbərləri, insan resursları menecerləri, həmçinin maliyyə uçotunu mənimsəmiş tələbələr üçün yazılmışdır. Kitabdan sərbəst, müəllimlə - fərdi şəkildə və qrup halında təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edə bilərsiniz.

 

Kitabın strukturu:

 

Kitab 7 fəsildən ibarətdir. Burada hər bir mövzu praktika ilə əlaqələndirilmişdir. Mövzular kommersiya təşkilatlarının fəaliyyətinə uyğun işlənmişdir. Bura “Mühasibat sənədləşmələrinin aparılması prinsipləri”, “Kassa sənədləşmələri və kassa kitabının tərtibi”, “Təhtəlhesab şəxslərlə əməliyyatların rəsmiləşdirilməsi”, “Bank əməliyyatlarının rəsmiləşdirilməsi”, “İşçilər və onlara ödənişlərin rəsmiləşdirilməsi”, “Əsas fondların rəsmiləşdirilməsi”, “İstehsal olunan məhsulun və xammalın rəsmiləşdirilməsi” fəsilləri daxildir.

Kitab haqqında geniş məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.