Kitab kimlər üçündür?

 

“Mühasibatlığa dair məsələlər toplusu” kitabı mühasibatlığı öyrənən və tədris edən şəxslər üçün ilkin uçotun aparılması, sınaq balansının və maliyyə hesabatlarının hazırlanması, o cümlədən ayr-ayrı əməliyyatların mühasibat yazı­lış­larının verilməsinin praktiki cəhətdən tətbiq edilməsi məqsədi ilə nəşr olun­muşdur. Kitabdan həm sərbəst öyrənmə vasitəsi, həm də müəllimlə - fərdi və ya qrup şəklində təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edilə bilər.

                                                                                  

 

Kitabın strukturu

 

“İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibat­lı­ğı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün nəzərdə tutulmuşdur.

Kitab İATM-ın nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsa­sın­da hazırlanmışdır.

Yeni nəşr əvvəlkindən fərqli olaraq 304 səhifə və 18 fəsildən ibarətdir. Bu nəşrə əlavə olaraq büdcədən maliyyələşən təşkilatların mühasibatlığını əhatə edən nümunəvi həlli və cavabları ilə birlikdə 10-dan çox məsələ daxil edilmişdir.

Bundan başqa yeni nəşrə qarışıq mövzuları əhatə edən 10 dan çox məsələ, 20-yə yaxın mühasibatlığa dair yeni hesabat formaları və cədvəllər əlavə olunmuşdur. Məsələləri həll etmək istəyən şəxslər həmin formalardan lazım olanın surətini çıxarmaqla tapşırıqların həllində istifadə etməklə işlərini asanlaşdıra bilərlər.  

Ümumiyyətlə, kitabdan düzgün istifadə etdiyiniz təqdirdə, sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazır­la­maq bacarığı formalaşa bilər.

Yeni nəşrin mündəricatı aşağıdakı fəsillərdən ibarətdir:

 

Fəsil 1. Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı

Fəsil 2. Əməliyyatların jurnalda və T-hesablarda əks etdirilməsi

Fəsil 3. Sınaq balansdan maliyyə hesabatlarına keçid

Fəsil 4. Düzəliş qeydləri və köməkçi hesabların bağlanması

Fəsil 5. Uzunmüddətli maddi aktivlər (əsas vəsaitlər)

Fəsil 6. Qeyri-maddi aktivlər

Fəsil 7. Ticarət əməliyyatları və ticarət ehtiyatları (mallar)

Fəsil 8. Ticarət ehtiyatlarının maya dəyərinin hesablanması metodları

Fəsil 9. Debitor borcları, ümidsiz borclar və sair debitor xarakterli aktivlər

Fəsil 10. Valyuta məzənnələri

Fəsil 11. Qiymətləndirilmiş öhdəliklər

Fəsil 12. Kreditor borcları, avans ödənişləri və sair kreditor xarakterli öhdəliklər

Fəsil 13. Vergilər

Fəsil 14. Əmək haqqı və işçilərlə bağlı sair ödənişlər

Fəsil 15. İstehsal əməliyyatları və istehsalat məsrəfləri

Fəsil 16. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Fəsil 17. Büdcə təşkilatlarında əməliyyatların qeydiyyatı və maliyyə hersabatı formalarının hazırlanması

Fəsil 18. Qarışıq məsələlər

CAVABLAR

Mühasibatlığa dair yeni formalar

Kommersiya təşkilatları üçün yeni hesablar planı

 

Kitabda kommersiya təşkilatlarına aid verilmiş məsələlərdəki şərti şirkət adları Mendeleyev cəd­və­li­nin elementlərindən istifadə olunmaqla göstərilmişdir. Büdcə təşkilatlarına aid məslələr işğal olunmuş Azərbaycan torpaqları ilə adlandırılmışdır. Fikrimizcə, bu yanaşma sizə məsələləri rahat şəkildə tapmaqda köməklik göstərəcəkdir.

Kitabda hər bir mövzu üzrə məsələnin 1 və ya 2 nümunəvi həlli verilmişdir. Nümunəvi çalışmaları öyrənməklə siz növbəti məsələləri həll etmək bacarığına yi­yə­lənəcəksiniz.

Yeni nəşr beynəlxalq səviyyədə tanınan ACCA, CIMA və CIPFA kimi təşkilatların sertifikatlarını əldə etmək üçün vacib biliklərin əldə edilməsində, xüsusilə də mühasibatlıq sahəsində yerli sertifikatların əldə olunmasında yaxşı vasitə hesab oluna bilər.

 

Kitab haqqında geniş məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.