Məsləhət xidmətləri

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi aşağıdakı sahələr üzrəkonsaltinq xidmətləri təklif edir:

  • Qanunvericiliyə uyğun müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib və təqdim edilməsi
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
  • Qaydalara uyğun mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək
  • Müəssisədə istehsal prosesinin aparılmasını təşkilini təmin etmək