Əmək Məcəlləsi və Kadr kargüzarlığı nədir?

Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

Kargüzarlıq — sənədlərin tərtibi, çapı, çoxaldılması, əldə edilməsi, rəsmiləşdi­ril­məsi, qeydi, arxivləşdirilməsi və saxlanması prosesi başa düşülür.

Təlim kimlər üçündür?

İnsan resurslarının idarə edilməsi sahəsində işləyən menecerlər, mütəxəssislər və maraqlananlar  

 

Təlimin müddəti

 

Əmək məcəlləsi və kadr kargüzarlığı hər dərs 2 saat (120 dəq) olmaqla həftədə 2 dəfə keçirilir. Təlimin müddəti 2 ay davam edir.

 

Təlimin proqramı

 

1-ci Dərs

  1. Azərbaycan Respublikasının Əmək qanunvericiliyi haqqında məlumat
    2. Əsas anlayışlar. İşçi və İşəgötürən kimdir?
    3. İşə qəbulun rəsmiləşdirilməsi. İşə qəbul zamanı  icbari sənədlər toplusu hansılardır?
    4. Əmək müqaviləsi, elektron bildiriş və işə qəbul əmri anlayışlarını bir-birinə bağlayan nədir?
    5. Əmək müqaviləsinə dəyişikliklərin rəsmiləşdirilməsi
    6. Sınaq müddəti və onun tənzimlənməsi.
    7. Əvəzçilik müqaviləsi üzrə iş.
    8. İşdən azad olunmanın əsasları.
    9. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi qaydası

 

2-ci Dərs 

  1. İxtisar prosesinin rəsmiləşdirilməsi və  bu zaman işçinin təminatları
    2. Tərəflərin İradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğv edilməsi
    3. Müddətli əmək müqaviləsinin bitməsi əsası ilə müqavilənin ləğv edilməsi qaydası.
    4. Əmək vəzifələrinin kobud şəkildə pozulması halları 
    5. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitamın rəsmiləşdirilməsi və bu zaman işçinin təminatları
    6. İşdən azad olunma zamanı işçilərin təminatları
    7. Müvafiq məsələlər ilə bağlı əmr, razılaşma, akt, təqdimat, xidməti yazı formaları və nümunələri 

 

3-cü Dərs 

  1. Daimi başqa işə keçirmə
    2. Müvəqqəti başqa işə keçirmə
    3. Başqa işçinin vəzifələrinin icrası zamanı işçilərin təminatları
    4. İntizam tənbehləri
    5. İntizam tənbehlərinin növləri
    6. İntizam tənbehinin rəsmiləşdirilməsi
    7. İşçi izahat təqdim etməkdən imtina etdiyi halda prosesin aktlaşdırılması 
    8. İntizam tənbehinin müddəti
    9. İntizam tənbehinin vaxtından əvvəl işçinin üzərindən götürülməsi
    10. Müvafiq məsələlər ilə bağlı əmr, razılaşma, akt, təqdimat, xidməti yazı formaları və nümunələri 

 

4-cü Dərs 

  1. İşçilərin məzuniyyət hüququ 
    2. Məzuniyyətin növləri 
    3. Əmək məzuniyyəti
    4. Əsas əmək məzuniyyətinin müddəti
    5. Əlavə əmək məzuniyyətinin müddəti
    6. Sosial məzuniyyət
    7. Təhsil və yaradıcılıq məzuniyyətləri
    8. Ödənişsiz məzuniyyət
    9. Məzuniyyət əmrinin verilməsi
    10. İşçinin məzuniyyətdən geri çağırılması
    11. İşdən azad olunma hallaında məzuniyyət qalığının hesablanması 

 

5-ci Dərs 

  1. Məzuniyyət əmrinin hüquqi mətninin rəsmiləşdirilməsi
    2. İşçinin işlədiyi dövr üzrə məzuniyyət günlərinin hesablanmasına dair məsələlərin həlli
    3. Əmək məzuniyyətinin illər və növlər üzrə bölgüsünə dair məsələlərin həlli
    4. İşdən azad olunma halında istifadə edilməmiş məzuniyyətə görə konpensasiyanın hesablanmasına dair məsələlər

 

6-cı Dərs

  1. İş vaxtı
    2. Qısaldılmış iş vaxtı
    3. İşçilərin bayram günlərində işə cəlb olunmasının yolverilməzliyi
    4. Qeyri-iş günləri
    5. İş vaxtının cəmlənmiş uçotu
    6. Növbəli iş rejimlərində işçinin əmək haqqına əlavələr
    7. Ezamiyyət normaları
    8. Ezamiyyət əmrinin rəsmiləşdirilməsi
    9. Ezamiyyət zamanı işçinin mehmanxana, yemək və yol xərci üzrə təminatları və onalrın hesablanmasına dair məsələ həlli

 

7-ci Dərs

  1. Elektron Hökumət portalına məlumatların daxil edilməsi
    2. Məşğulluq hesabatlarının hazırlanması
    3. İşçi Kvotasının hesablanması
    4. Forma 1i
    5. Forma 2i
    6. Forma 3i
    7. Forma 4i
    8. Forma 5i
    9. Microsoft Excel-də reyestrlərin yaradılması

 

 

Təlimçilər

Əmək qanunvericiliyi sahəsində iqtisadi və hüquqi baxımdan ixtisaslaşmış, əmək münasibətləri və kargüzarlıq sahəsində gündəlik əməliyyatları həyata keçirən professionallardır. Bu təlimlər üzrə peşəkar treynerlərlə xidmətiminizdəyik.