22 iyul 2017-ci il tarixində İqtisadi Araşdırmalar və Tədris Mərkəzində “Mühasibatlığa dair məsələlər toplusu” kitabının II nəşrinin təqdimat mərasimi keçirilmişdir. Tədbirə İATM-ın prezidenti iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin çıxışı ilə başlanılmışdır. O, kitab haqqında tədbir iştirakçılarına qısa məlumat vermişdir.
Tədbirdə Professional mühasib jurnalının baş redaktoru, audit mütəxəssisi Mehdi Babayev kitab barəsində öz fikirlərini bildirmişdi.
Bununla yanasi olaraq Azərbaycan Dövlət İqtisad Universiteinin “Mühasibat ucotu” kafedrasının müəllimləri Nəazakət Musayeva və Abdulkerim Sadıqov kitab haqqında öz fikirlərinin bildirmişdilər.Kitabın müəllifləri Radil Fətullayev, Fərid Abaslı və İbad İbadovdur. Radil müəllim kitabın II nəşrinin əvvəlki nəşrdən fərqli cəhətlərindən, əlavə edilmiş yeni fəsillərdən haqqında məlumat vermişdir.