Nəzərə alsaq ki, islam dinin geniş bir coğrafi ərazini əhatə edir, bu baxımdan “İslam bankçılığı” da dünya maliyyə sektorunun əsas bir hissəsidir. Bu məqsədlə  Bakı şəhərində  8-9 may  2017 tarixində  İqtisadi Resursların Öyrənilməsi Mərkəzi və” Əl Huda” İslam İqtisadiyatı və Bankçılığı Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam maliyyəsi” mövzusunda təlim keçiriləcək. Təlimin məqsədi“İslam bankçılığı” sahəsində mütəxəssislərin hazırlanmasına köməklik göstərməkdir.

Təlimdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) sədri iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev”           ” mövzusunda çıxışı ilə treninq başlayacaq.

Və xaricdən dəvət olunmuş islam bankçılğı üzrə  yüksək səviyyəli mütəxəssislər  Peşavar Universitetinin Menecment Fakultəsində İslam Maliyyə Sistemi üzrə mühazirəçisi Qazi Abdul Samad   və “ Əl Huda” İslam İqtisadiyatı və Bankçılığı Mərkəzinin s direktoru, İslam Mikromaliyyə Şəbəkəsi (İMFN) və Halal Araşdırma Şurasının baş icraçı direktoru Muhammad Zubair Muğal  “Faiz və onun aradan qaldırılması”, “İslam İqtisadiyyatı” , “Azərbaycanda İslam Bankçılığı və Maliyyə sektoru”,”İslam bankçılığı və maliyyəsinə əsaslanan şəriklilik modeli (Mudaraba, Muşaraka)”,”İslam bankçılığı və maliyyəsinə əsaslanan ticarət modeli (Murabaha, Musavama, Salam və İstisna)”, “İslam sığortası (Təkaful)”,”İslam qiymətli kağızları (Sukuk)”, “İslam bankçılığı və maliyyəsində risklərin idarə olunması” mövzularında təlimlər keçəcəklər..

Təlimçilər haqqında:

Təlimçilər Qazi Adbul Samad İslam hüququ və mikromaliyyə üzrə yüksək təcrübəyə və dərin biliklərə malik peşəkar mütəxəssisdir.  Khyber-Pakistan bankında islam hüququ məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda Peşavar Universitetinin Menecment Fakultəsində İslam Maliyyə Sistemi üzrə mühazirələr də oxuyur..

Muhammad Zubair Muğal “ Əl Huda” İslam İqtisadiyatı və Bankçılığı Mərkəzinin idarəçi direktoru, İslam Mikromaliyyə Şəbəkəsi (İMFN) və Halal Araşdırma Şurasının baş icraçı direktorudur. Son 11 ildə İslam Bankçılığı və Maliyyəsi sahəsində İslam Maliyyə Mühəndisliyi, Modelləşdirmə, Məhsul Təkmilləşdirilməsi, Bazar və Aralıq təhlil üçün xidmətlər göstərmişdir. İslam Maliyyəsinin daha da tanınması üçün təhsil, araşdırma və konfranslar vasitəsilə əzmlə çalışır. İslam Bankçılığı və Maliyyəsi üzrə yayımlanan “True Banking” adlı jurnalın əsas redaktorudur.