Kitab kimlər üçündür?

 

Kitab beynəlxalq mühasibatlığı daha asan və sadələşdirilmiş üsulla öyrənmək məqsədi ilə yazılmışdır. Kitab maliyyə, mühasibat uçotu, audit, konsaltinq sahəsində çalışan, tədris edən, təhsil alan və bu sahə ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur. Həmçinin siz kitabdan həm müstəqil öyrənmə zamanı həm də tədrisdə dərs vəsaiti kimi istifadə edə bilərsiniz.

 

Kitabın strukturu:

“Beynəlxalq mühasibatlığa giriş” kitabı 20 fəsildən ibarətdir. Buraya Maliy-yə uçotu üzrə 16, Vergi uçotuna dair 2 (o cümlədən 14-cü fəslin 6-cı sualı), İdarəetmə uçotuna aid 1 və Maliyyə hesabatlarının təhlili üzrə 1 fəsil daxildir. Mövzular nəzəri və praktiki baxımından işlənmişdir. Kitabın nəzəri hissəsində Maliyyə, İdarəetmə və Vergi uçotunun mahiyyəti, metodaları, müxabirləşmələ-ri, uçot qaydaları aşılanmışdır. Mövzular üzrə praktiki nümunələr kommersiya təşkilatlarının təcrübəsi əsasında hazırlanmışdır. Ümumiyyətlə götürdükdə isə kitabın nəzəri hissəsi kommersiya və qeyri-kommersiya təşkilatları üçün ümumi qəbul edilmiş prinsiplər əsasında şərh olunub.

Kitabın sonunda Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Kommersiya Təşkilatları üçün Yeni Hesablar Planı”, terminoloji lüğət və həlli ilə birgə nümunəvi məsələlər verilmişdir.

 

Kitab haqqında geniş məluatı aşağıdakı linkdən əldə edə bilərsiniz