Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması üzrə bələdçi

Qeyd edək ki, kitab subvensiya maliyyələşməsi sahəsində bələdiyyə əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yönəldilmişdir. Kitabın “Bələdiyyə büdcəsinin formalaşması mənbələri” fəsli yerli özünüidarəorqanlarının büdcələrinin formalaşması mənbələri, o cümlədən maliyyələşmə yolları Azərbaycan Respublikasının mövcud Qanunvericilik bazasına istinad olunaraq aşılanmış, beynəlxalq təcrübədən istifadə olunmuşdur. Həmçinin yerli vergilər, onların dərəcələri və istiqamətləri haqqında geniş məlumat verilmişdir.