İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin "Beynəlxalq Mühasibat Uçotunun Əsasları" təlimini müvəffəqiyyətlə bitirmiş və "Qızıl Sertifikat" almış məzunları. Onları siz də tanıyın.

 

 

                       

İsmayıl Həmzəyev

 

                     

 

“Gədəbəy Mineral Sular” MMC aparıcı mühasib vəzifəsində çalışır.

 

 

Məhəmməd Əhmədov

 

    

 

 

İATM mənə mühasibatlıq üzrə biliklərimin artmasında əvəzsiz köməklik göstərdi. Bugünkü karyeramda irəlləyişlərin əsas səbəbkarıda məhz İATM və onun peşəkar komandasıdır. Buna görədə İATM-ın prezidenti Ruslan Atakişiyeva və müəllimim olan Radil Fətullayevə öz dərin təşəkkürümü bildirirəm. İATM öz tələbələrinə tədris zamanı və hətta tədrisdən sonra böyük diqqətlə yanaşır və onların gələcəkdə bir mühasib kimi inkişafına hər zaman köməklik göstərir. Təşəkkürlər İATM.

Azərsu ASC iqtisadçı vəzifəsində çalışır.

 

 

 

Ülviyyə Feyziyeva

 

        

 

Muhasibat uchotunun sadə dillə izahi məneə rahat başa düşməyə kömek oldu ki, bu da mühasibatlığa həvəsimi artırdı. Oxuduqlarımı başa düşdükcə daha çox öyrənmək istəyi də artırdı. Öyrəndiklərim mini praktika kimi etdiyimiz məsələlərlə də birləşəndə mühasibatlığın fikirləşdiyim kimi çətin olmadığını gördüm və bu ixtisasimi mənə sevdirdi. Buna gorə müəllimimə və IATM komandasına həm təşəkkür edirəm, hem de fəaliyyətlərinin uzun ömürlü olmağını, gələcəkdə daha böyük auditoriyalara çata bilməsini və ən nüfuzlu tədris mərkəzlərindən birinə çevrilməsini arzu edirəm. Hörmətlə, Ülviyyə Feyziyeva.

 

 

 

Qafqaz Eyvazov

 

   

İqtisadi Araşdırmalar və Tədris Mərkəzində mən də Beynəlxalq mühasibat uçotunun əsasları təlimini keçdim. Yüksək tədris və dərs metoidkası mənim mühasibatlıq sahəsinə olan həvəsimi daha da artırdı . Rahat başa düşülən dildə yazılmış tədris materilları bu sahənin mürəkkəb tərəfləri belə asanlaşdırır. 

 

Samir Baloğlanov

 

 Şəxsi biznesi var. 

 

 Abdulrəhman Vəliyev

   

 

 “Elm və Texnologiya Parkı” MMC mühasib vəzifəsində çalışır.

 

 

 Adil Tağıyev

    

“Avrova” MMC mühasib kimi çalışır.

 

 

Toğrul Nəzərli

 

   

 

Mən çox şadam ki, İATM kursunu müvəfəqiyyətlə bitirməyə nail oldum. Kursla tanışlığa qədər mühasib vəzifəsində işləsəmdə, tam olaraq bu elmin dərinliklərinə və rinsiplərinə bələd deyildim. Həqiqətən də İATM kursunda qazandığım biliklər sayəsində, mən, maliyyə, vergi və mühasibatlıq sahəsinə dair biliklərimi təkiminləşdirməyə , öz iş karyeramda bu biliklərin praktiki tətbiqinə, işlərimi daha nizamlı və qanuna uyğun, şəkldə görməyimə yol açdı. Fikrimcə, gələcəkdə Maliyyə və mühabastlıq sahəsində çalışmaq istəyən gənc dostlar, İATM kursundan faydalanmaqla öz biliklərini daha da təkminləşdirə bilərlər. Eyni zamanda, mən qazandığım seltifikatı öz CV`mə əlavə etdikdən sonra, bunun sayəsində bir neçə böyük şirkətlərdən dərhal mühasibəyə çağırıldım. Halbuki, buna əvvəllər şahid olmurdum. İATM kursunun bütün əməkdaşlarına başda Radil Fətullayev olmaqla hamıya öz təşəkkürümü bildirirəm!

“Lux Elements” MMC mühasib vəzifəsində işləyir.

 

 Ceyhun Həsənov

 

          

 Salam. İlk olaraq İATM rəhbərliyinə və xüsusi olaraq Ruslan müəllimə, Radil müəllimə və İbad müəllimə minnətdarlığımı bildirmək istəyirəm. İATM kursları mənim iş kariyeramın başlanmasında əsas yerlərdən birini tutur. Mühasibat uçotu və audit ixtisasını bitirməyimə baxmıyaraq bu sahadə bilik və təcrübələrim çox az idi. Lakin sonradan internetdə mühasibat uçotuna dair məlumatlar toplayarkən bu kurs barədə məlumatı gördüm. Mənim bu kursa gəlməyimə əsas səbəb olan şəxs İATM-nin A kateqoriyalı müəllimi İbad İbadov olub. O gündən həyatımda yaxşıya doğru çox dəyişikliklər oldu. Kurs çox dəqiq və keyfiyyətli təşkil olunub. Bunun nəticəsidir ki, kursu yaxşı nəticələrnən bitirib iş axtarmağa başladım. İş tapmaqda da yenə də İATM rəhbərliyi mənə köməklik göstərdi və mən ilk rəsmi işimə başladım. O gündən mühasib kariyeram başladı.

Hal hazırda Garanti Avto Hisse MMC-də baş mühasib vəzifəsində çalışır. 

 

 

Günel Qasımova

 

 

    

 

Bu vaxta qədər çoxlu sayda kurslarda və seminarlarda iştirak etmişəm. Onlar arasında ən çox xoşuma gələn İATM-də keçdiyim "beynəlxalq mühasibatlıq" kursu olub. 4 aylıq kurs ərzində dərslərimiz yeni informasiyalar əldə etməklə, çox maraqlı aktiv müzakirələrlə, məsələlər həll etməklə keçdi. İATM ofisinin rəhbərliyi və ofisdə çalışan işçilər çox səmimi və mədənidir. Dərslərin yorucu keçməməyinin səbəbkarları; müəllimim İbad m-ə və 4 nəfər kurs (qrup) yoldaşım Gülnarə, Əli, Cavid və Suleymana təşəkkürümü bildirirəm! :)

“Sante Max” MMC HR menecer kimi çalışır.

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2