Korporativ idarəetmə haqqında müxtəsər anlayış

 

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi 2010-cu ilin iyul ayında Beynəlxalq

Maliyyə Korporasiyasının (İFS) maliyyə dəstəyi ilə “Korporativ idarəetmə haqqında müxtəsər anlayış” adlı braşura nəşr etmişdir. Mərkəzdən qhtxeber.az-a bildirilib ki, braşuranın çap olunmasında məqsəd respublikamızda şirkətlər arasında yeni tətbiq edilməyə başlayan Korporativ idarəetmənin mahiyyəti haqqında əsas anlayışların tələbələr, gənc mütəxəsislər və digər maraqlı şəxslər arasında yayılmasıdır. Braşurada Korporativ idarəetmənin yaranması, tətbiq sahələri, əhəmiyyəti, qlobal maliyyə böhranı ilə əlaqəsi, hüquqi bazası və s. haqqında məlumatlar öz əksini tapmişdır.