Kitab kimlər üçündür?

 

Bu kitab əsasən bələdiyyə mühasibləri üçün nəzərdə tutulmuşdur. Lakin büdcə təşkilatlarında çalışan mühasiblər də Maliyyə Nazirliyinin Büdcə təşkilatları üçün mövcud təlimatlarından kənarlaşmamaq şərti ilə istifadə edə bilərlər.

 

Kitabın strukturu:

 

Kitabda bələdiyyələrdə tətbiq olunan yeni hesablar planı əsasında maliyyə hesabatlarının hazırlanması mərhələləri, o cümlədən aparılan əməliyyatların qeydiyyatı, sınaq balansının (dövriyyə cədvəlinin) hazırlanması və maliyyə hesabatı formaları olan “Maliyyə vəziyyəti haqqında hesabat (Balans)”, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”, “Kapitalda dəyişikliklər haqqında hesabat”, “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” və “İzahlı qeydlər”in hazırlanmasına dair praktiki məslələr tərtib olunmuşdur. Həmin məsələlərin tərtib olunmasında bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətində gündəlik baş verən

 

əməliyyatlardan istifadə edilmişdir. Bu baxımdan fikrimizcə kitab bələdiyyələrdə işləyən mühasiblər üçün faydalı ola bilər və onların müəyyən çətinliklərini aradan qaldıra bilər.

 

“Bələdiyyələrdə maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” kitabı 7 fəsil və əlavələrdən ibarətdir. Fəsillərə aşağıdakılar aiddir:

 

Fəsil 1: Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı. Burada əsas məqsəd uçotun ana prinsipi olan iki tərəfli qeydiyyat qaydasını anlamaqdan ibarətdir;

 

Fəsil 2: Əməliyyatların memorial orderdə əks olunması və Sınaq balansının (dövriyyə cədvəlinin) hazırlanması. Burada əsas məqsəd qeydiyyat prosesinin əsas mərhələsi olan qeydiyyatın xüsusiyyətlərini başa düşməkdir.

 

Fəsil 3: Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Məqsəd hesabatı hazırlama qaydasını misallar üzərində örnəkləməkdir.

 

Fəsil 4: Xalis aktivlər/Kapitalda dəyişikliklər haqqında hesabat. Məqsəd Əlavə 3-ün hazırlanma qaydasını misallar üzərində göstərməkdən ibarətdir.

 

Fəsil 5: Maliyyə vəziyyəti haqqında hesabat (Balans). Məqsəd Əlavə 1-in hazırlanma qaydasını misallar üzərində əyani şəkildə göstərməkdən ibarətdir.

 

Fəsil 6: Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Məqsəd Əlavə 4-ünpraktik olaraq hazırlanma qaydasını göstərməkdir.

Fəsil 7: Maliyyə hesabatına izahedici qeydlər. Məqsəd uçot siyasəti və izahlı qeydlər üzrə hesabatın hazırlanma prinsipləri və qaydalarını izahetmək və nümunələr üzərində hesabatın hazırlanmasını göstərməkdən ibarətdir.

 

Əlavə olaraq kitabın sonunda “Hesablar planı” və bələdiyyə mühasibatlığı üçün vacib olan “Amortizasiya normaları” verilmişdir.

 

Kitab haqqında daha geniş aşağıdakı linkdən əldə edə bilərsiniz.