29 dekabr 2017-cı il tarixində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM-ın) yaranmasının 8 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İATM-in 8 il ərzində xidmət göstərdiyi fiziki və hüquqi şəxslər iştirak etmişdir. Tədbir çərçivəsində kiçik seminar da təşkil olunmuşdur. Beləki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev “Birgə biznes”, “Biznes etikasında İslami dəyərlərin yeri”, Professional mühasib jurnalının baş redaktoru, audit mütəxəssis Mehdi Babayev “Vergi sahəsində yeniliklər”, və İATM-ın vitse prezidenti Radil Fətullayev “Əməkdaşlıq sığortası (Təkafül)”, Keyfiyyət Assosiyasının sədri Samir Novruzlu “Halal Standard” mövzularında çıxış etmişdilər.

Tədbir iştirakçılarının bəzilərinə İATM tərəfindən “Təşəkkürnamə”lər təqdim olunmuşdur. “Saloni” mebel şirkətinin Azəbaycan nümayəndəliyinə tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə, “TRACECA” şirkətinin Azəbaycanda nümayəndəliyinin Maliyyə müdiri Hikmət Əliyevə, “Hevin” mebel salonunun direktoru Ceyhun Həsənova uzunmüddətli əməkdaşlığa görə və Professional mühasib jurnalının baş redaktoru, audit mütəxəssis Mehdi Babayevə tədbirdә məruzə ilə çıxış etdiyinə görə “Təşəkkürnamələr” təqdim olunmuşdur. Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkilmişdir.

29 dekabr 2017-cı il tarixində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM-ın) yaranmasının 8 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İATM-in 8 il ərzində xidmət göstərdiyi fiziki və hüquqi şəxslər iştirak etmişdir. Tədbir çərçivəsində kiçik seminar da təşkil olunmuşdur. Beləki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev “Birgə biznes”, “Biznes etikasında İslami dəyərlərin yeri”, Professional mühasib jurnalının baş redaktoru, audit mütəxəssis Mehdi Babayev “Vergi sahəsində yeniliklər”, İATM-ın vitse prezidenti Radil Fətullayev “Əməkdaşlıq sığortası (Təkafül)”, və Keyfiyyət Assosiyasının sədri Samir Novruzlu “Halal Standard” mövzularında çıxış etmişdilər.